Tarix : 2012 Sep 02
Kod 32433

Ermənistanda Edvard Nalbandyanın istefası tələb olunur, Milli Məclis növbədənkənar iclas çağırıb

“Ayazn” Gənclər Birliyi Ramil Səfərovun Azərbaycana qaytarılması və əfv olunması ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib
/Aran Agentliyi

 “Ayazn” Gənclər Birliyi Ramil Səfərovun Azərbaycana qaytarılması və əfv olunması ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları prezident Serj Sarkisyanın Macarıstanla diplomatik münasibətləri dayandırmaq barədə qərarını alqışlasalar da, baş verənlərdə ölkə hakimiyyətini və diplomatları günahlandırıblar.

Onlar bildiriblər ki, məhz hakimiyyətin və dipkorpusun səriştəsizliyi sayəsində hadisələr bu cür inkişaf edib. Aksiya iştirakçıları bütün aidiyyəti şəxslərin vəzifələrindən azad edilməsini, lazım gələrsə, xarici işlər naziri Edvard Nalbandyanın da tutduğu postdan uzaqlaşdırılmasını tələb ediblər.

Gənclər hökumət yekun qərar verənə qədər Macarıstanla əlaqələri bərpa etməməyə çağırıblar.

Sonra aksiya iştirakçıları Macarıstan konsulluğu qarşısına yürüş edib, orda bu ölkənin bayrağını yandırıblar. Onlar konsulluğun binasını xırda pul, pomidor və yumurta atəşinə tutublar.

Ermənistan Milli Məclisi isə məsələ ilə bağlı sentyabrın 5-də növbədənkənar iclas keçirəcək. Milli Məclisin növbədənkənar iclas keçirməsi təklifi ilə prezident Serj Sarkistan Təhlükəsizlik Şurasının avqustun 31-də keçirilmiş toplantısında çıxış edib.

Prezidentin təklifi ilə Ermənistan MM sentyabrın 5-nə iclas təyin edib.

 APA

  • Yazılıb
  • da (də) 2012 Sep 02