Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İsgəndəri bildirib
/Aran Agentliyi
HaqqYolu - İranın Azərbaycandakı səfirliyi Bakı və Tehran arasında 2010-cu ilədn etibarən vizasız rejimin əldə olunması barədə məlumatı təkzib edib.
Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İsgəndəri bildirib.
O deyib ki, iki qardaş ölkənin xalqı arasında münasibətlərin dərinləşməsi məqsədilə İran birtərəfli şəkildə Azərbaycan vətədaşları üçün viza rejimini ləğv edib: “Bu barədə qərar 2010-cu ilin fevral ayında qəbul olunub. Bu qərara əsasən, Azərbaycan vətəndaşları İran ərazisinə keçə və 15 gün ərzində orada qala bilərlər”.
Onun sözlərinə görə, 15 gündən çox İran ərazisində qalmaq istəyən şəxslər vizanın uzdılması üçün İslam Respublikasında müvafiq qurumlra müraciət edə bilərlər.(SalamNews)