/Aran Agentliyi
Səfir Bakı klinikalarından birində ürək çatışmazlığından dünyasını dəyişib
HaqqYolu - Tacikistanın Azərbaycandakı səfiri Zokir Vazirov 64 yaşında vəfat edib. Səfirlikdən verilən məlumata görə, səfir Bakı klinikalarından birində ürək çatışmazlığından vəfat edib.
Zokir Vazirovun dəfni Tacikistanda baş tutacaq. Vazirov 1948-ci ildə anadan olub. O, 2008-ci ildən Azərbaycanda səfir vəzifəsində çalışıb.
AzNews.az