Tarix : 2012 Sep 03
Kod 32452

Beynəlxalq Əbrari-novin Mərkəzinin müdiri: Ruslar, Qarabağ böhranındakı ixtilafdan daha artıq bəh...

Qarabağ böhranında Rusiya əsas rolu ifa edir. Ruslar hadisənin gedişində iştirak edirdilər və bu böhrandan daha artıq bəhrələnməyə çalışırlar
/Aran Agentliyi

Beynəlxalq Əbrari-novin Mərkəzinin müdiri Mirqasım Mömini "Fars" agentlyinə müsahibəsində deyib: "Qafqazın problemlərindən biri də bu regionda Rusiya və ABŞ-ın maraqlarının qarşılaşmasıdır. Rusiysa öz keçmiş qüdrətini qaytarmağa, ABŞ isə yeni maraqlarını artırmağa çalışır". O artırıb: "Qarabağ böhranında Rusiya əsas rolu ifa edir. Ruslar hadisənin gedişində iştirak edirdilər və bu böhrandan daha artıq bəhrələnməyə çalışırlar. Bu məqsədlə də Rusiya Azərbaycanı təhdid etmək üçün Ermənistandakı hüzurunu uzadır və Qarabağ böhranını həll edəcəyinə söz verməklə özünün Azərbaycandakı maraqlarını qoruyur". Mömini deyib: "Hal-hazırda NATO-nun başı Gürcüstanın bu quruma üzvlüyünə qarışmışdır və Ermənistanla da münasibətləri vardır, lakin bu münasibət simvolik məna daşıyır."

Qafqaz məslələri üzrə ekspert Türkiyə-Ermənistan münasibətlərindən də söz açaraq, 1914-cü ildə Türkiyə dövləti tərəfindən erməni soyqırımı məsələsinə toxunaraq deyib: "Ədalət və İnkişaf partiyalarının hakimiyyətə gəlməsi ilə Ərdoğan Türkiyənin qonşuları ilə sərt münasibətlərin aradan qaldırılması məsələsini ortaya qoydu. Lakin erməni soyqırımı mövzusu Türkiyənin xarici siyasətini problemlə üzləşdirdi. Bununla belə Ərdoğan bu məsələni izlədi və Ermənistana səfər etməklə iki ölkə arasında münasibətlərin açılışı üçün addım atdı. Bu məqsədlə türk-erməni ekspertlərinin birgə heyəti təşkil edildi ki, qarşıya çıxan problemləri həll etsinlər".

Mömini Erənistanın Türkiyəyə ehtiyacı olduğunu da vurğulayaraq deyib: "Bu ölkənin Türkiyə ilə yollarının açılmasına və bu ölkə ilə sazişə getməyə ehtiyacı vardır".

  • Yazılıb
  • da (də) 2012 Sep 03