Tarix : 2012 Sep 03
Kod 32453

Azərbaycanlı hakerlər Sərkisyanın saytını dağıtdı

Sayt hazırda açılmır
/Aran Agentliyi

HaqqYolu - Azərbaycanlı hakerlər Ermənistan prezidentinin rəsmi saytı olan "www.president.am" saytını dağıdıblar. Sayt hazırda açılmır.

“Azerbaijan Defacers” haker qrupu bundan başqa armenpress.am və armtoday.info saytlarına da hücum edib, saytları dağıdıblar.

Hücumlar Ramil Səfərovun ölkəmizə verilməsindən sonra Azərbaycanın bəzi informasiya resurslarını erməni hakerlərin dağıtmasına cavab hesab xarakteri daşıyır.

Məlumatı “aze.az” saytı yayıb.

Azadliq.az

  • Yazılıb
  • da (də) 2012 Sep 03