Tarix : 2012 Sep 03
Kod 32456

Şəhid Fərid Əhmədov və Əhməd Abdullayevin şəhadətindən iki il ötür

Bu gün Cəlilabadda Şəhid Əhməd Abdullayev və Fərid Əhmədovun anım mərasimi keçiriləcək
/Aran Agentliyi

Bu gün Cəlilabadda Şəhid Əhməd Abdullayev və Fərid Əhmədovun anım mərasimi keçiriləcək.

Şəhid Fərid Əhmədov və Əhməd Abdullayevin şəhadətindən iki il ötür. Bu münasibətlə bu gün Şəhid Əhməd Abdullayev və Fərid Əhmədovun anım mərasimi keçiriləcək. Anım mərasimində Cəlilabaddan və yaxın rayonlardan ziyarətçilərin iştirak edəcəyi gözlənilir.

Xeber44.com saytına verilən məlumata görə, Cəlilabaddan və yaxın rayonlardan gələnlər saat 16:00-da Cəlilabadın Cümə məscidində toplaşaraq Şəhid Əhməd Abdullayevin qəbrini ziyarət edəcəklər. Mərasim iştirakçıları hər zaman olduğu kimi Şəhidlər xiyabanına üz tutaraq orada olan digər şəhidləridə anacaqlar.

Mərasimdə həmçinin Milli Qəhrəmanların Tanıtım Birliyi, müharibə əlilləri, Şəhidlərin sinif yoldaşları və dostları iştirak edəcəklər.

Xatırladaq ki, Milli Ordunun zabiti Fərid Gülağa oğlu Əhmədov 1986-ci il yanvarın 19-da, Milli Ordunun zabiti Əhməd Hüseynağa oğlu Abdullayev 1976-cı il iyulun 30-da Cəlilabad rayonunda anadan olub.

Xeber44.Com

  • Yazılıb
  • da (də) 2012 Sep 03