Fevral ayının 17-si cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə həbs olunan Cəlilabad ruhanisi Hacı İlqar Əliyevin məhkəməsi yubadılır
/Aran Agentliyi
Fevral ayının 17-si cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə həbs olunan Cəlilabad ruhanisi Hacı İlqar Əliyevin məhkəməsi yubadılır.
İslamazeri.az ruhani Hacı İlqar Əliyevin yaxınları ilə əlaqə saxlayıb.
Yaxınları bildirir ki, Hacı İlqarın məhkəməsi onun ittiham olunduğu maddəni qəbul etmədiyinə görə yubadılır. Bu gün ruhaninin məhkəməsinin keçiriləcəyi gözlənilir.
Xeber44.comun verdiyi məlumata görə isə Hacı İlqar Əliyev artıq Kürdəxanı təcridxanasından Cəlilabada gətirilmişdir.Məhkəmənin saat neçədə keçirilməsi yenədə ictimaiyyətdən gizlədilir. Dövlət tərəfindən İlqar Əliyev üçün təyin olunmuş vəkil də Tağı İbrahimov Hacının yaxınlarına və mətbuata hər hansı bir məlumatı verməkdən yayınır.Rayon rəhbərliyi məkməkə prosesini izləməyə gələcək dindarların sayının çox olacağından narahatdır.Cəlilabaddan aldığımız məlumatda bildirilir ki, dindarlar keçən məhkəmə prosesindəki kimi səhər saat 9:00-dan Cəlilabad şəhər məhkəməsi binasının qarşısına toplaşaraq Ruhani İlqar Əliyevə dəstək nümayiş etdirəcəklər.
Hacı İlqar Əliyevin artıq ötən ay bir neçə məhkəməsi keçirilmiş, şahidlər dindirilmişdir. Lakin ondan sonra məhkəmə yubadılır.
islamazeri.az