Tarix : 2012 Sep 03
Kod 32469

Lənkəranda məscid həyətindəki biabırçılıq

Lənkəran rayon Mamusta kənd məscidinin həyətində baş verənlər həqiqətən ürək ağrıdıcıdır
/Aran Agentliyi

Lənkəran rayon Mamusta kənd məscidinin həyətində baş verənlər həqiqətən ürək ağrıdıcıdır.

Xeber44.com: Ölkəmizdə məscidlərə olan hörmətsizliklərdən xeyli sayda yazı dərc etmişik. Növbəti belə bir hörmətsizliklərdən biridə Lənkəranın Mamusta kəndində qeydə alınmışdır.

Xeber44.com saytının e-posta ünvanına göndərilən şikayəti diqqətinizə çatdırmaq istəyirik. Lənkəran rayon Mamusta kənd məscidinin həyətində baş verənlər həqiqətən ürək ağrıdıcıdır. Belə ki, boş və bihudə vaxtlarını məscid həyətindəki çayxanada keçirən bəzi kəndlilər orada nərd, domino və başqa oyunlar oynayırlar.

Kənddə məscidə, azana, namaza edilən hörmətsizlik bununla bitmir. Verilən məlumata görə, bəziləri məscid həyətində spirtli içki içməkdən belə çəkinmirlər.

  • Yazılıb
  • da (də) 2012 Sep 03