Təbrizdə casusluq ittihamı ilə May ayında həbs olunan iki Azərbaycan vətəndaşını azad edib
/Aran Agentliyi
Təbrizdə casusluq ittihamı ilə May ayında həbs olunan iki Azərbaycan vətəndaşını azad edib. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst məlumat verib.
Mehmanpərəst deyib: "Bu gün sentyabrın 4-də Çərşənbə axşamı günortadan sonra, Fərid Hüseyn və Şəhriyar Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğuna təhvil verilib".