Ruhaninin məhkəmədə iştirakdan imtina etməsinə səbəb kimi, məhkəmə binasının qaşısına toplaşan dindarlara görə məhkəmə prosesinin qəsdən uzadılması göstərilir
/Aran Agentliyi
Ruhaninin məhkəmədə iştirakdan imtina etməsinə səbəb kimi, məhkəmə binasının qaşısına toplaşan dindarlara görə məhkəmə prosesinin qəsdən uzadılması göstərilir
HaqqYolu - Ruhaninin məhkəmədə iştirakdan imtina etməsinə səbəb kimi, məhkəmə binasının qaşısına toplaşan dindarlara görə məhkəmə prosesinin qəsdən uzadılması göstərilir.
Xəbər verdiyimiz kimi bu gün Cəlilabad rayon məhkəməsində Ələkbərov Əliəjdər Məlik oğlunun sədrliyi ilə ruhani Haci İlqar Əliyevin məhkəmə işinə baxılmalı di. Lakin Ruhani İlqar Əliyev məhkəmə zalına gəlməkdən imtina edib.
Ruhaninin məhkəmədə iştirakdan imtina etməsinə səbəb kimi, məhkəmə binasının qaşısına toplaşan dindarlara görə məhkəmə prosesinin qəsdən uzadılması göstərilir.
Vəkil Tağı İbrahimov faktı təsdiqləyərək Hacı İlqarın hansı səbəbdən məhkəmədə iştirak etməməsindən məlumatsız olduğunu bildirdi. Günün ikinci yarısında Masallıda məhkəmə prosesində iştirak edəcəyi üçün İlqar Əliyevin məhkəməsinə baxışın başqa vaxta keçiriləcəyini deyən vəkil, prosesin yenədə nə vaxt və saat neçədə keçiriləcəyini açıqlamadı.
Açıqlamasının ardından vəkil Tağı İbrahimov -“Hüquqlarını müdafiə etdiyim İlqar Əyyub oğlu Əliyevin narkotik vasitələri ilə hər hansı bir bağlılığına inanmıram. İlqar Əliyev 234-cü maddədə göstərilən ittihamlardan uzaq olan bir şəxsdir” -sözlərini əlavə edib.
Növbəti məhkəmə prosesinin keçirilmə vaxtı yenə də açıqlanmır.
Xatırladaq ki, tanınmış ruhani Hacı İlqar Əliyev bu ilin fevral ayında çıxışları zamanı "Eurovision" və gey-parada etiraz etdikdən sonra cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə həbs olunub.(Xeber44)