Azərbaycanlı şairlərin İranda azad olunmasının ardından, Azərbaycan qarşılıqlı addım ataraq Anar Bayramlını sərbəst buraxıb
/Aran Agentliyi
Azərbaycanlı şairlərin İranda azad olunmasının ardından, Azərbaycan qarşılıqlı addım ataraq Anar Bayramlını sərbəst buraxıb
Jurnalist Anar Bayramlı fevral ayının 17-i şərlənərək həbs olunmuşdu. O, narkotik saxlama və polisə müqavimətlə ittiham olunurdu.
Binəqədi rayon məhkəməsi İranın Səhər televiziya kanalının müxbir üzvü Anar Bayramlını təqsirli bilərək 2 il azadlıqdan məhrum etmişdi. İşin baxılması üçün Apellyasiya Məhkəməsinə şikayət ərizəsi verən A.Bayramlının cəzası azaldılaraq 1 ilə endirilmişdi.
Dünən, sentyabr ayının 4-ü isə jurnalist Anar Bayramlı həbsdən azad edilib.
Bu arada onuda qeyd edək ki, İranda həbs olunmuş azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə bu gün günorta saatlarında azad edilib. İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Ramin Mehmanpərəst Azərbaycan şairlərinin günorta saatlarında Təbrizdəki Azərbaycanın Baş Konsulluğuna təhvil verilməsini təsdiqləyib.
Fərid Hüseyn və Şəhriyar Hacızadənin bu gün Bakıya qayıdacağı gözlənilir.
Xeber44.Com