Maddə 1. Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanıyır
/Aran Agentliyi
Sentyabrın 4-də Ermənistan parlamentinin “İrs” fraksiyasından deputat Zarui Postancyan “Dağlıq Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsini baxılmaq üçün deputatlara təqdim edib.
Qanun layihəsi iki hissədən ibarətdir: Maddə 1. Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanıyır.
Maddə 2. Bu qanun rəsmi təqdimatın 10-cu günündə qüvvəyə minəcək.
Xatırladaq ki, bu gün Yerevanda parlamentin fövqəladə sessiyası keçirilir. Sessiya Ramil Səfərovun ekstradisiyası və əfv olunması ilə əlaqədar tədbirlərin müzakirəsi üçün hakim partiyanın deputatları tərəfindən çağırılıb. (Turan)