Tarix : 2012 Sep 04
Kod 32489

Hakimiyyətdən söküntlərlə bağlı məxfi qərar

Prezident Administrasiyası vətəndaşlara yüksək məbləğdə kompensasiya ödənilməsinə yasaq qoyub
m/Aran Agentliyi

Prezident Adminstrasiyasından (PA) yerli icra qurumlarına və Bakı Şəhər İcra Hakimiyyətinə dövlət ehtiyacları üçün həyata keçirilən söküntülərlə bağlı ciddi tapşırıq verilib. Hakimiyyətdəki mənbədən əldə etdiymiz məlumata görə, vətəndaşlara böyük məbləğdə pul verilməsi birmənalı şəkildə yasaqlanıb. Mənzilin kvadratı nə qədər böyük olsa da onun sahibinə maksimum 100 min manat ödənilməsi tapşırılıb. Məlumata görə tapşırıq o qədər ciddidir ki, yüksək çinli məmurlar belə özlərinin və qohum-əqrabalarının sökülən obyektlərinə hökumətdən kompensasiya tələb edə bilmirlər.

Mənbə bunun səbəbi kimi qarşıdan gələn prezident seçkilərini göstərib. Hakimiyyət istəmir ki, seçki ərəfəsində dövriyyədə külli miqdarda nəzarətsiz pullar olsun. Ona görə də vətəndaşa yeni ev almağa çatacaq qədər kompensasiyalar ödənir.

  • Yazılıb
  • da (də) 2012 Sep 04