Tarix : 2012 Sep 04
Kod 32490

Pan Ki Mun: “Siz təkcə İranın rəhbəri deyilsiniz!”

Uzun illər Roma Papasını xristian dünyasının rəhbəri kimi tanıtdıran, hətta müsəlman başçıları Papanın “ziyarətinə” aparan imperialist...
/Aran Agentliyi

Uzun illər Roma Papasını xristian dünyasının rəhbəri kimi tanıtdıran, hətta müsəlman başçıları Papanın “ziyarətinə” aparan imperialist dövlətlər “müsəlman dünyasının rəhbəri” anlayışı ilə hər yolla mübarizə apardılar. Təbii ki, onlar İslam rəhbərinin Roma Papası kimi simvolik məqam olmayacağını, fəal siyasət aparacağını bilirdilər. Bunun sübutu ayrı-ayrı təqlid mərcə alimlərinin öz müqəllidləri üzərində qeyd-şərtsiz nüfuzu idi. İmperialist dövlətlər şahid idilər ki, din aliminin cihad hökmü ilə bütün müsəlmanlar ayağa qalxır, din və torpaq uğrunda şəhadət şərbətini başa çəkir.

Dünya dəyişdi. ABŞ, İsrail, Qərb dövlətləri və onların əlaltısı olan rejimlər xalqların müqaviməti ilə üzbəüzdür. İndi ABŞ-ın, Qərbin dünyaya tərəqqi meyarı kimi göstərilən şəhərlərində cəmiyyət quldur hakimiyyətlə baş-başa gəlib. Köhnə dünya nizamı ömrünün son günlərini yaşamaqdadır. Allah-Taala Əsrin İmamının (ə) zühurunu tezləşdirsin!

İndi BMT katibi faktiki olaraq dünya müsəlmanlarının harayına səs verən Ayətullah Xameneinin görüşünə gəlir. İndi imperialist dövlətlərin siyasətini həyata keçirən beynəlxalq təşkilat başçısı Cənab Ayətullah Xameninin tövsiyələrini dinləyir, ondan xahiş edir.

Dünya zorluları Qoşulmama Hərəkatının 16-cə sammitinin yüksək səviyyədə keçirilməsindən, BMT baş katibinin bu sammitə qatılmasından, ən əsası Pan Ki Munun Ayətullah Xameneinin görüşünə gedib onu dinləməsindən təşvişə düşüblər. Artıq kimsə şübhə etmir ki, İran İslam Respublikasına qarşı sanksiyalar, informasiya müharibəsi, virtual hücumlır səmərəsiz olub. Bununla belə sammitin və Pan Ki Munun Cənab Rəhbərlə görüşünün əhəmiyyətini azaltmağa çalışırlar. Bu görüşdə hansı mövzulara toxunulub? Pan Ki Mun tövsiyə verib, yoxsa nəsihət olunub? Fitnəkar təbliğat şəbəkələrinin provakasiyasını ifşa etmək üçün görüşün gedişi ilə tanış olaq...

Cənab Ayətullah Xamenei BMT baş katibi Pan Ki Munla görüşdə buyurub:

-İran xalqının mədəniyyət, sivilizasiya sahəsində mühüm məqamını nəzərə almaqla deyə bilərik ki, İran İslam Respublikası İslamdan qaynaqlanan bəşəri mədəniyyətin yayılması üçün münasib zəmindir.

-İran İslam Respublikası “nüvə silahı olmayan Yaxın Şərq” prinsipi üzərində israrlıdır və BMT nüvə silahı ilə bağlı mövcud nigarançılıqların aradan qaldırılmasında ciddi təlaş göstərməlidir.

-Təəssüflər olsun ki, BMT-nin tərkibində qüsur var, dünyanın nüvə silahına malik olan və ondan istifadə etmiş imperialist gücləri Təhlükəsizlik Şurasına hakim kəsilib.

-(BMT Baş Katibi Suriya böhranının həllində Böyük Rəhbərdən kömək istədiyi zaman Cənab Rəhbər buyurub) Suriya məsələsi çox acı bir məsələdir. Günahsız insanların həyatını itirməsi bu böhranın nəticəsidir... İran İslam Respublikası etiqadi prinsiplər və dini təlimlər əsasında Suriya böhranının həlli üçün hər bir təlaşa hazırdır... Amma Suriya böhranının həlli üçün təbii bir şərt var. Şərt ondan ibarətdir ki, Suriya daxilindəki məsuliyyətsiz qruplaşmalara silah göndərilməsi dayandırılsın... Suriya dövlətinn əlində silah olması təbiidir. Bütün dövlətlər kimi bu dövlətin ordusu var... Suriya ilə bağlı acı həqiqət budur ki, bu ölkədəki müxalif qruplar dövlətlə silahlı qarşıdurmaya vadar edilir. Bu zorən müharibə Suriyanın gerçəkliyidir... Suriyada müharibəni yaradan dövlətlər Kofi Annan planının icrasına mane oldular və bu planın həyata keçməsinə imkan vermədilər... Nə qədər ki, bu təhlükəli oyun bəzi dövlətlər tərəfindən davam etdirilir, Suriyada vəziyyət dəyişməyəcək...

-İranın nüvə proqramı haqında deyə bilərik ki, bizim nüvə silahı istəməməyimiz amerikalılara yaxşı məlumdur. Onlar bəhanə axtarırlar... MAQATE öz nizamnaməsinə əsasən İran İslam Respublikasında nüvə proqramının inkişafına kömək etməlidir. Amma MAQATE nəinki bu işi görmür, hətta pozuculuqla məşğuldur... Qərblilər etiraf edir ki, İranın nüvə proqramına qarşı virtual müharibə gedir. Nə üçün MAQATE buna münasibət bildirmir?!

-ABŞ İranın nüvə proqramı ilə bağlı hədələrlə danışır. Bizim gözləntimiz budur ki, BMT bu hədələrə dərhal cavab versin... Nüvə silahı bizim dini etiqadımıza görə məqbul deyil. Biz Amerika ya qərb dövlətlərinə xoş gəlmək üçün belə danışmırıq.

-Tövsiyə edirəm ki, atom silahının ləğvi sahəsində super dövlətlərə güzəştə getməyəsiniz. Sizin üçün yaranmış fürsətdən düzgün yararlanasınız...

Bu görüşdə Pan Ki Mun Qoşulmama Hərəkatına rəhbərlik münasibəti ilə Cənab Rəhbəri təbrik edib və deyib:

-Mən Suriya mövzusu ilə bağlı İran İslam Respublikasından xahiş edirəm ki, öz nüfuz və qüdrətindən istifadə edib böhranın həlli üçün zəminə yaratsın...

-Bizim etiqadımız budur ki, Suriya dövləti və müxalif qruplara silah göndərilməsi dayandırılmalıdır. Biz İranın nüvə proqramı ilə bağlı sizin MAQATE və 5+1 qrupu ilə həmkarlığınızı arzulayırıq.

-Siz təkcə İranın yox, İslam dünyasının dini rəhbərisiniz. Sizin görüşünüzə gəldim ki, məntəqə məsələlərinin, xüsusilə Suriya böhranının həllində kömək edəsiniz.

Böyük Rəhbərlik Məqamı Ayətullah Xameneinin baş müşaviri Vilayəti deyib:

-Əminliklə deyə bilərəm ki, Tehran sammiti səviyəsində toplantı olmayıb. Bu iclasda Qətər əmirindən əlavə 30 prezident, 8 vitse-prezident, 4 baş nazir, 3 spiker, 2 kral təmsilçisi, 1 hökumət şurası üzvü, 3 baş nazir müavini, 4 xarici işlər naziri müavini, 5 administrasiya rəhbəri, 4 diplomatik təmsilçi, 2 baş nazir təmsilçisi, 65 xarici işlər nazirliyi təmsilçisi iştirak edib…

Bəli, dünya nizamı dəyişir. İslam, ondan qıcıqlananların istəyindən aslı olmayaraq planetə hakim olur. Bu Allahın vədidir. Allah vəd edir ki, zülmə düçar olanları yer üzünə hakim edəcək!

Babək Təbrizli

  • Yazılıb
  • da (də) 2012 Sep 04