Tarix : 2012 Sep 05
Kod 32494

Azərbaycanda orta məktəblərdə hicabı qadağasını himayə edənlər oxusunlar-BBC-nin aparıcısı: Hicab...

Bir çox qərb ölkələri hicablı qadınların təhsil və ictimai fəaliyyətlərinə məhdudiyyətlər yaratsalar da ölkələrində İslam və hicaba geniş meyl dalğasının qarşısını ala bilmədilər
/Aran Agentliyi

Bir çox qərb ölkələri hicablı qadınların təhsil və ictimai fəaliyyətlərinə məhdudiyyətlər yaratsalar da ölkələrində İslam və hicaba geniş meyl dalğasının qarşısını ala bilmədilər.

AranNews - Mənbəmizin "Ufuqnews"-ə istinadla verdiyi məlumata əsasən, BBC-nin fars dilindəki proqramlarının acarıcısı London şəhərinin metrosunun vaqonlarının birində hicablı qadınlardan çəkilmiş şəkilləri fecebookda paylayaraq, hicablı xanımların artmasından təəccüb etmiş və öz qəzəbini bu sualla büruz etmişdir: "Has Islam taken over London?" (İslam Londonu fəth edibdirmi?) və sonra yazıb: "Vaqondakı hicabsız qadın təkcə mən idim".

Bu məlumata əsasən, bu ingilis aparıcının Avropa və Amerikanın müxtəlif ölkələrindən olan dost və həmfikirlərinin sözügedən şəkil barədəki nəzərləri də olduqca oxumalı və maraqlıdır. Bu vətən satqınının həmfikirləri Avropa və Amerikada çoxlu hicablı xanımlarla qarşılaşdığını yazırlar.

Hollandiyalı birisi yazır: "Amsterdamda bir tramvayda otur, özün gözünlə görəcəksən! Bəlkə də 80% hicablıdır".

BBC aparıcısı ilə həmfikir olan anti-İslamçılar Londonun məhv olmasından və İslamın genişlənməsindən təəssüfləndiklərini bildiriblər.

Bir çox qərb ölkələri hicablı qadınların təhsil və ictimai fəaliyyətlərinə məhdudiyyətlər yaratsalar da ölkələrində İslam və hicaba geniş meyl dalğasının qarşısını ala bilmədilər. Halbuki, Azərbaycan Respublikasında iki ildir ki, orta məktəblərdə hicab qadağan edilmişdir və bu mövzuya etiraz edənlər müxtəlif əsassız ittihamlarla həbs edilmişdir. Əlbəttə, bu mövzu Azərbaycanda islami hərəkatı sürətləndirmişdir.

  • Yazılıb
  • da (də) 2012 Sep 05