Tarix : 2012 Sep 05
Kod 32499

Rəsmi Bakının qeyri-münasib hərəkəti

Rəsmi Bakı AR-nın casusluqda ittiham olunan iki vətəndaşının azadlığında İranın dostluq münasibətinə “ağız əyir
/Aran Agentliyi

Rəsmi Bakı AR-nın casusluqda ittiham olunan iki vətəndaşının azadlığında İranın dostluq münasibətinə “ağız əyir”.

İranda Azərbaycan Respublikasına casusluqda ittiham olunan bu ölkənin iki vətəndaşının azad olunmasından bir neçə saat sonra rəsmi Bakı İranın Teleradio Təşkilatının Bakıdakı yerli müxbiri Anar Bayramlının azadlığı ilə əlaqədar öz qərarını pozaraq İranın bu dostluq münasibətinə “ağız əyib”.

Azərbaycan Respublikasının bir qrup mediası bu gün Azərbaycan hakimiyyətindəki mənbələrə istinadən İranın Teleradio Təşkilatının Bakıdakı yerli müxbiri Anar Bayramlının azad olunmasını xəbər vermişdilər. Lakin bir neçə saat sonra və İran prezidentinin müavini və Mədəni İrs və Turizm Təşkilatının sədrinin Bakıya səfəri ilə yanaşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Anar Bayramlının azadlığı xəbərini təkzib edib.

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə yaxın olan bu ölkənin ANS telekanalı bu gün çərşənbə saat 12:00 xəbərlər buraxılışında Anar Bayramlının vaxtından əvvəl azad olunmasını xəbər verdi.

Bəzi Azərbaycan saytları, o cümlədən Haqqın.az, Salamnews və İslamazeri də İranın Teleradio Təşkilatının Bakıdakı yerli müxbirinin azad olunması xəbərini yayımlamaqla islam şəfqəti əsasında Azərbaycan Respublikasının İranda həbs olunmuş iki vətəndaşının azadlığına toxunmuşdular.

Azərbaycan Respublikası daxili və xaricində onlarla media və insan haqlarının müdafiəsi üzrə müəssisənin etirafına görə günahsız olan Anar Bayramlının azadlığından AR hökumətinin çəkinməsi elə bir haldadır ki, İran islam şəfqəti əsasında qeyri-münasib əlaqələr yaratdığına görə casusluqda ittiham olunan Azərbaycan Respublikasının iki vətəndaşını azad etdi.

İran XİN sözçüsü Ramin Mehmanpərəst bu barədə deyib: Əldə olunan razılıqla iki ölkə arasında dostluq və qardaşlıq münasibətləri və islam şəfqəti əsasında bu iki vətəndaş Azərbaycan  Respublikasının Təbrizdəki konsulluğuna təhvil verilib.

İranın Teleradio Təşkilatının Bakıdakı yerli müxbiri Anar Bayramlı ötən 17 fevralda Azərbaycan Respublikası proseslərini müstəqil şəkildə işıqlandırdığına görə polisin saxta ittihamı ilə həbs və 11 iyunda isə Bakının Binəqədi rayon Məhkəməsində ədalətsiz, sifarişli və ittiham sübuta yetirilməyən bir hökmdə polisin yalançı şahidlərdən istifadə etməsi ilə iki il həbsə məhkum olundu.

Azərbaycan Respublikası, İran və insan haqları üzrə beynəlxalq qurum və təşkilatların geniş etirazlarının ardınca, Bakının Apelyasiya məhkəməsi ötən ay İranın Teleradio Təşkilatının Bakıdakı yerli müxbiri Anar Bayramlının həbs hökmünü iki ildən bir ilə azaltdı.

Azərbaycan Respublikasında 30-dan çox ictimai, media və siyasi qurum, onlarla beynəlxalq təşkilat, o cümlədən Beynəlxalq Amnistiya Təşkilatı, Sərhədsiz Reportyorlar Təşkilatı və habelə Avropa Şurasının məruzəçisi Anar Bayramlının həbsini pisləyərək peşə fəaliyyəti və dini informasiya çatdırdığına görə həbs olunduğu üçün onu vicdan məhbusu adlandırıblar.

Siyasi və media qurumlarından onlarla nəfər, eləcə də İran rəsmiləri, habelə İslam Şurası Məclisinin millət vəkillərindən bir qrupu, mədəniyyət naziri, xarici işlər nazirinin müavini, Xarici İşlər Nazirliyinin sözçüsü, İslam İnqilabının Böyük Rəhbərinin ali müşaviri cənab Vilayəti Anar Bayramlının həbsinə reaksiya verib, bu həbsi sifarişli adlandıraraq bildiriblər: Bu hərəkət iki ölkə münasibətlərinə, xüsusilə də media sahəsindəki əlaqələrə mənfi təsir göstərir.

Səhər TV

  • Yazılıb
  • da (də) 2012 Sep 05