Sentyabrın 6-da Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədirliyi ilə Hacı Mehdi Şamillinin ev dustaqlığına buraxılması ilə bağlı şikayətə baxılacaq
/Aran Agentliyi
Sentyabrın 6-da Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədirliyi ilə Hacı Mehdi Şamillinin ev dustaqlığına buraxılması ilə bağlı şikayətə baxılacaq. Bu barədə qəzetimizə vəkil Cavad Cavadov məlumat verdi. Onun sözlərinə görə, məhkəmə prosesi saat 16-da başlayacaq.
Qeyd edək ki, avqustun 31-də Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə hakim Hacı Mehdi Şamillinin ev dustaqlığına buraxılması ilə bağlı müraciəti rədd edib. Bundan sonra müdafiə tərəfi Sbaunçu Mıhkəməsinin qərarından apellyasiya şikayəti verib.
Qeyd edək ki, hazırda Kürdəxanı təcridxanasında saxlanılan Hacı Mehdinin sailə üzvləri ilə görşü planlaşdırılsa da, son anda müraciətdə olan səhvə görə bu görüş baş tutmayıb. Gözlənilir ki, bu günlərdə ailə üzvləri Hacı Mehdi ilə görüşə gedə biləcəklər.
Xatırladaq ki, Hacı Mehdi Şamilli avqustun 6-da Bakının Zabrat qəsəbəsindəki evində həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb. Polis Hacı Mehdinin üzərində aparılan axtarış zamanı 6,69 qram marixuana aşkar edildiyini elan edib. Vəkilin bildirdiyinə görə, saxlanılan zaman 3 gün ərzində polis idarəsində ona işgəncə verərək döyüblər.(musavat.com)