Tarix : 2012 Sep 05
Kod 32501

İlham Əliyev İsrailin yeni səfiri ilə görüşüb

Azərbaycan prezidenti İsrailin yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
/Aran Agentliyi

Azərbaycan prezidenti İsrailin yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazın etimadnaməsini qəbul edib. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.

Sonra səfir Rafael Harpaz etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Daha sonra Azərbaycan prezidenti səfirlə söhbət edib.

Səfir Rafael Harpaz İsrail Dövlətinin prezidenti Şimon Peresin salamlarını prezident İlham Əliyevə çatdırıb. Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğu vurğulanıb, münasibətlərimizin gələcək inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı prezident Şimon Peresin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İsrail Dövlətinin başçısına çatdırmağı xahiş edib.

Xeber44.Com

  • Yazılıb
  • da (də) 2012 Sep 05