Tarix : 2012 Sep 05
Kod 32502

İlham Əliyev İranın vitse-prezidentini qəbul edib

Seyid Həsən Musəvinin başçılıq etdiyi nümayəndə heyəti prezidentin qəbulunda olub
/Aran Agentliyi

Seyid Həsən Musəvinin başçılıq etdiyi nümayəndə heyəti prezidentin qəbulunda olub

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İkitərəfli münasibətlərin inkişafında mədəni əlaqələrin mühüm əhəmiyyət daşıdığını vurğulayan prezident İlham Əliyev “İpək yolunun dadı: kulinariya, mədəniyyət və turizm” mövzusunda Bakıda keçiriləcək konfransın önəmini qeyd edib. Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Seyid Həsən Musəvi Azərbaycana səfərindən və Prezident İlham Əliyev ilə görüşündən məmnun olduğunu deyib. Seyid Həsən Musəvi İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejatın salamlarını və məktubunu dövlət başçısına çatdırıb. O, Azərbaycana bu səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından yaxşı fürsət yaratdığını deyib.

Görüşdə ikitərəfli münasibətlərimizin təməl prinsipi olan xalqlarımız və dövlətlərimiz arasında mövcud olan dostluq, mehriban qonşuluq və sıx əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı prezident Mahmud Əhmədinejatın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.

Xeber44.Com

  • Yazılıb
  • da (də) 2012 Sep 05