Bakirə Məryəmin heykəlləri hicablı olduğu surətdə mən hicabı qadağan edən qanunu necə imzalaya bilərəm?
g/ARANNEWS
AranNews – Mənbəmizin Press TV-yə istinadla verdiyi məlumata əsasən, İtaliyanın dövlət katibi Roberto Maroni qadınların İslam şəriətinə əsaslanan geyimini (hicabı) qadağan edən qanunu imzalamayıb. O deyib: "Bakirə Məryəmin heykəlləri hicablı olduğu surətdə mən hicabı qadağan edən qanunu necə imzalaya bilərəm?"
Halbuki, Azərbaycanın təhsil naziri Misir Mərdanov iki ildir ki, vahid məktəbli forması geyimi bəhanəsi ilə İslam ölkəsində orta məktəblərdə islami hicabı qadağan edib və təhlükəsizlik qüvvələri də bu vəziyyətə etiraz edənləri zindana yollayır.