g/arannews
ABŞ Ordu birləşmələrinin Komandir müavini Admiral James Aleksandr Vinnefeld İsrail hrəbi rəsmiləri ilə danışıqlar aparmaq üçün İsrailə gəlib.
Yerusəlim Post-un bildirdiyinə görə Vinnefeld bu səfəri İsrail ordu birləşmələri komandirinin müavini Yair Navehin dəvəti üzərinə edib.
Səfərin məqsədlərindən biri İranın nüvə obyektlərinə ola biləcək mümkün hücum haqqında Vaşinqton və Tel Əviv arasında artan gərginliyi müzakirə etməkdən ibarətdir.
Keçən həftə ABŞ hərbi birləşmələrinin komandiri general Martin Dempsey Londonda keçirilən mətbuat konfransında deyib ki, əgər İsrail İrana hücum etməyi seçsə bu zaman o bu hücumda olmayacaq.
ABŞ və İsrail İslam Respublikasını uranın zənginləşdirməsi proqramından əl çəkməsi üçün dəfələrlə hərbi hücum ilə təhdid ediblər.
İran isə bütün ittihamları rədd edərək bildirib ki, Nüvə Yayılmama Razılığını imzalayan və Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvü olaraq dinc məqsədlər üçün nüvə texnalogiyasından istifadə etməyə tam haqqı var.
Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi dəfələrlə İran nüvə obyektlərində təftişlər aparmış və heç vaxt İranın nüvə proqramının dinc məqsədlərdən yayınaraq nüvə silahı istehsal etmək haqqında dəlil və sübut tapmamışdır.
/news/IslamTimes.org/az