Tarix : 2012 Sep 07
Kod 32533

Sərhədsiz Reportyorlar Təşkilatı bir daha Anar Bayramlının azadlığa buraxılmasını istədi

Beynəlxalq Sərhədsiz Reportyorlar Təşkilatı bir daha İranın Teleradio Təşkilatının Azərbaycandakı yerli müxbiri Anar Bayramlının azadlığa buraxılmasını istədi
/Aran Agentliyi

Beynəlxalq Sərhədsiz Reportyorlar Təşkilatı bir daha İranın Teleradio Təşkilatının Azərbaycandakı yerli müxbiri Anar Bayramlının azadlığa buraxılmasını istədi.

Bakıda çıxan “Novaya Vremya” qəzetinin yazdığına görə, Beynəlxalq Sərhədsiz Reportyorlar Təşkilatı bir bəyanat yayaraq, casusluq ittihamı ilə İranda həbs edilmiş Azərbaycan Respublikası vətəndaşları Şəhriyar Hacızadə və Fərid Hüseynin azadlığa buraxılmasını alqışlayıb.

Bu bəyanatda həmçinin deyilir: Biz həmçinin, İranın Teleradio Təşkilatının Bakıdakı yerli müxbiri Anar Bayramlının dərhal azadlığa buraxılmasını istəyirik.

Beynəlxalq Sərhədsiz Reportyorlar Təşkilatı və onlarla digər beynəlxalq qurum və təşkilat bundan öncə də Anar Bayramlını siyasi məhbus adlandıraraq, onun azadlığa buraxılmasını istəmişdilər.

Anar Bayramlı 5 illik jurnalistlik fəaliyyəti dövründə İran və Azərbaycan Respublikası arasındakı ortaqlıqlar haqda müxtəlif reportajlar hazırlamışdı. O, cari ilin fevral ayında saxta ittihamlarla həbs edilib.

  • Yazılıb
  • da (də) 2012 Sep 07