NATO baş katibi bir erməni hərbçini qətlə yetirməkdə ittiham olunan azəri hərbçinin Azərbaycanda qəhrəman kimi qarşılanmasından narazılıq edib
/Aran Agentliyi
NATO baş katibi bir erməni hərbçini qətlə yetirməkdə ittiham olunan azəri hərbçinin Azərbaycanda qəhrəman kimi qarşılanmasından narazılıq edib.
Azərbaycanda səfərdə olan Andres Foq Rasmussen bu gün Bakının Ramil Səfərovu bir qəhrəman kimi qarşılamasını tənqid edib.
Rasmussen öz sözlərində Ramil Səfərovun 2004-cü ildə bir erməni hərbçini qətlə yetirməsini cinayət hadisəsi adlandırıb və Azərbaycan Respublikası hökumətinin R.Səfərovu qəhrəman kimi qarşılamasını tənqid edib.
NATO baş katibi Bakıda Azərbaycan Respublikası prezidenti ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətindən təəssüfləndiyini bildirərək, münaqişənin dinc yolla həllinə təkid edib.
Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Azərbaycan Respublikasında səfərdə olan Andres Foq Rasmussen Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə görüşdə Azərbaycan Respublikasının NATO ilə hərbi əməkdaşlıqlarını habelə, bu ölkə hərbçilərinin Əfqanıstandakı iştirakını yüksək qiymətləndirib.
NATO baş katibi Dağlıq Qarabağın Azərbaycan Respublikasına aid olmasını etiraf etmədən, deyib: NATO Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak etmir. Amma, Minsk Qrupunun bu istiqamətdəki vasitəçi rolunu himayə edir.
Andres Foq Rasmussen NATO ölkələrinin Ermənistanı himayə etmələrinə toxunmadan iddia edib ki, Ermənistan ilə Azərbaycan arasında bir daha müharibə odunun alovlanacağı təqdirdə NATO yenə də bitərəf mövqedən çıxış edəcək və bu münaqişəyə müdaxilə etməyəcək.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev də NATO baş katibi ilə birgə mətbuat konfransında ölkəsinin NATO ilə əməkdaşlıqlarının önəminə təkid edərək, deyib: Bakı hətta, NATO-nun Əfqanıstanı tərk etməsindən sonra belə, bu ölkəyə yardımlarını davam etdirəcək.
İ.Əliyev həmçinin, Ermənistanın 2006-cı ildə NATO-nun Macarıstanda təşkil etdiyi təlim kursu ərəfəsində bir erməni hərbçini qətlə yetirmiş Azərbaycan Respublikası zabiti Ramil Səfərovun azadlığa buraxılması haqda qaldırdığı hay-küyü tamamilə əsassız adlandırıb.
Bundan öncə Andres Foq Rasmussen Bakıda Diplomatiya Akademiyasında etdiyi çıxışında Ramil Səfərovun əfv edilməsi ilə bağlı İlham Əliyevin fərmanından narahat olduğunu bildirərək, bu şəxsin bağışlanmaz bir cinayətə yol verdiyini bildirmişdi.
Andres Foq Rasmussen həmçinin, NATO və Macarıstanın bu məsələdə heç bir məsuliyyət daşımadıqlarını və Səfərovun beynəlxalq hüquq normaları çərçivəsində Bakıya təhvil verildiyini də qeyd edib.
Ermənistanda Azərbaycan Respublikasına qarşı kəskin formada çıxış etmiş NATO baş katibi Bakıda da Ermənistandan Azərbaycan Respublikasına qarşı səsləndirilən hədə-qorxuları tənqid atəşinə tutdu.
Rasmussen həmçinin, Suriya böhranına da münasibət bildirdi: “NATO Suriya böhranına müdaxilə və bu ölkəyə hücum etmək niyyətində deyil” .
NATO baş katibi Bakıya səfər etməzdən öncə Tiflis və İrəvanda səfərdə olub.
Andres Foq Rasmussenin Azərbaycan Respublikasına səfəri ilə bir vaxtda, Azərbaycan və Ermənistan qüvvələrinin təmas xəttində atəşkəs qaydalarının pozulması halları daha da intensivləşib.
Azərbaycan Respublikası 1994-cü ildən “Sülh Naminə Tərəfdaşlıq Paktı” çərçivəsində NATO ilə əməkdaşlıq edir. Baxmayaraq ki, NATO DQ münaqişəsində Ermənistanı himayə edir.