Hüquq mühafizə orqanları Quba hadisələrinə görə təqsirləndirilən şəxslərin siyahısını açıqlamır
/Aran Agentliyi
Hüquq mühafizə orqanları Quba hadisələrinə görə təqsirləndirilən şəxslərin siyahısını açıqlamır.
“Media forum” bir necə dəfə Baş Prokurorluğun mətbuat xidmətinə müraciət etsə, siyahını ala bilməyib. Sayt vəkillərin verdiyi məlumatlar əsasında dəqiqləşdirib ki, indiyədək Quba işinə görə 17 nəfər məhkəmə qarşısına çıxarılıb, 7 nəfərin istintaqı yekunlaşıb, 8 şəxsin istintaqı isə davam edir:
Məhkəməsi başlayanlar
1. Yunusov Xəyyam Sahib oğlu
2. Fayizi Səxavət Ağahüseyn oğlu
3. Nəcəfi Ələkbər Zülfüqar oğlu
4. Ələsgərov Niyaməddin Nurəddin oğlu
5. Məhərrəmov Elgün Nadir oğlu
6. İlyasov Rəşad Tahir oğlu
7. Mürşudov Rafiq Vahid oğlu
8. Qəribov Tapdıq Tacı oğlu
9. Qəribov Bəhruz Qəribbaba oğlu
10. Abdurəhmanov Fərhad Nəsib oğlu
11. Xanmədov Samir Valeh oğlu
12. Dənyalov Alxas Dənyal oğlu
13. Talıbov Samir Telman oğlu
14. Dadaşov Mətləb Valeh oğlu
15. Çobanov Sərvin Xanlar oğlu
16. Zakirov Murad Rüstəm oğlu
17. Ələsgərov Səxavət Şakir oğlu
İstintaqı bitən şəxslər
1. Akif Əliyev
2. Habil Əliyev
3. Zimistan Əmiraslanov
4. Səfər Qəribov
5. Samir Abdullayev
6. Telman Dadaşov
7. Məmmədhəsən Ələkbərov
İstintaqı davam edən şəxslər
1. Əliyev Elxan Abbasqulu oğlu
2. Məmmədov Zakir Abdulla oğlu
3. Qonaqov Vüqar Fiyaddin oğlu
4. Quliyev Zaur Müsafəddin oğlu
5. Məhərrəmov Rövşən Mənsur oğlu
6. Nurullayev Mustafa Vüqar oğlu
7. Ağayev Gülağa Qəzənfər oğlu
8. Ələkbərov Muxtar Əsgər oğlu.
Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb. Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu başçı vəzifəsindən azad edib. Qubada baş verənlərin istintaqını Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.(musavat.com)