Tarix : 2012 Sep 07
Kod 32538

Azadlığın mübarək Azərbaycanın qeyrətli oğlu Ramil Səfərov !

Bismillahir-Rəhmanir-Rəhim!
/Aran Agentliyi

Bismillahir-Rəhmanir-Rəhim!

HaqqYolu - Hicab Məhbusu Ruhullah Axundzadənin Saytımıza ünvanladığı məkbubu oxuculara təqdim edirik

Bismillahir-Rəhmanir-Rəhim!

Bu məqaləni 15 saylı cəza çəkmə müəssisəsindən qələmə almalı oldum. Hələ 2007-ci ildə 6-cı sinifdə oxuyan qızım Fatimə Ramil Səfərova şer yazmış və demək olar ki ,bütün Azərbaycan xalqı onu qəhrəman kimi tanıyırdı..

Ekstradisiya olunandan sonra Xalqın istəyi qarşısında istər indiki prezident olsun istərsə digəri olsaydı əfv fərmanı verilməli idi.

Mənim bu mövzuya toxunmağımın əsas səbəbi isə Rusiya, Fransa və Amerika Ölkələrinin minsk qurupundakı nümayəndələrinin (məlum məsələdir ki, öz Ölkələrinin hakimiyyətlərinin maraqları çərçivəsində) mövqeyinə cavab kimi dəyərləndirilməsini istərdim.

Bele ki, iki dövlət arasında bağlanmış müqavilə əsasında biri digər ölkənin vətəndaşını öz ölkəsinə qaytara bilər. Bu beynəlxalq qanunlarla düz mütənasibdir. Lakin, Qarabağın işğalının əsas təşəbbüskarı olan Rusiya və eləcə də xristian ölkələrinin bu barədəki mövqeyi gözlənilən olmalıdır. Çünki, Qurani-Kərimdə Allah-Təala biz müsəlmanlara buyurur, "Nəsrani və yəhudiləri özünüzə dost tutmayın, onlar bir-birilərinin dostlarıdır, siz də bir-birinizin"..

Bax bu prizmadan baxanda məlum 3 ölkənin hazırkı rejimi xaç savaşını davam etdirmədədirlər. Lakin siyasətlə. Özü də alçaq siyasətlə. Hal-hazırda bütün Azərbaycan xalqı, istər xaricdə yaşayanlar, istər cəza çəkənlər çoxdan gözlədikləri bu bayram ovqatını yaşayarkən Qurani-Kərimin yuxarıdakı ayəsinin nə qədər məntiqli olduğu qənaətinə gəldilər.

Fürsətdən istifadə edib, bildirirəm ki, əgər hər hansı bir terrorçu erməni xristian ölkəsində bir və ya bir neçə müsəlmanı terror etsəydi, onun həbsi nə ki, 6 il çəkməzdi, Avropa və Amerika Dövlətləri eləcə də Rusiya ona himayədarlığını nümayişkaranə gözümüzə salardılar.

Lakin, İslam Konfransı Təşkilatı üzvləri olan Müsəlman Ölkələrinin əksəriyyəti Ramil Səfərovun buraxılması üçün nə ki, təşəbbüs göstərmədilər, indi də öz mövqelərini bildirmək zorunda deyillər.

Mənim kimi düşünən hər bir Azərbaycan vətəndaşı düsünür ki, təkcə Azerbaycan xalqı, dövləti Minsk qrupunun həmsədrləri Ölkələrinin hökumətlərinin mövqeyinə münasibət bildirməməlidir. Azərbaycan xalqı ilə bir nəfəs alan və ən əsası Qurani-Kərimin məlum ayəsini rəhbər tutaraq mövqelərini ortaya qoymağın vaxtı çatıb. Və ən əsası Ramil Səfərov Azərbaycan dövlətinin irs namusundan biri olan müqəddəs bayrağımızı aşağılamaga təşəbbüs göstərən və eləcə də İrəvan, Göyçə ve Zəngəzuru, Şuşa və Laçını, Kəlbəcər və Cəbrayılı, Qubadlı və Zəngilanı, Ağdam və Fizulini, Xankəndi və Xocalını işğal etmiş, hətta, Xocalı başda olmaqla uşaq və qadına, qoca və əlilə rəhm etməyən quldur dəstəsindən olan birini nəzərə alanda qanı üçün heç bir qan pulu verilməməlidir, bu öz yerində. O, yəni Ramil Səfərov nə ki, Azərbaycan Xalqının həm də bütün müsəlman ölkələrinin müsəlmanlarının və eləcə də sağlam məntiq və düşüncəyə malik olan digər qeyri müsəlmanların da qəhrəmanı sayılmalıdır.

BMT-nin 4 qətnaməsi bu günə kimi həllini tapmayıb. Əgər həmin qətnamələr bizim əleyhimizə olsaydı dərhal həyata keçirilərdi.

1992-ci ildə İrəvanda zəlzələ baş verəndə Avropa ölkələrindən gələn xilasedicilərin fransızlardan ibarət olan dəstəsi uzun borunun o baş bu başının qaynaqlandığını görüb şübhələnirlər. Və qaynağı təmizləyib içərisində onlarla günahsız, silahsız, məzlumcasına şəhid edilmiş qadın, qız, uşaq və qocanı aşkarlayırlar. Nə o vaxt, nə də ondan sonrakı işğal ərəfəsində çoxlu sayda silahsız, köməksiz, əlil, qoca, uşaq və qadına rəhm etməyən hətta, 20-ci əsrin ən böyük və iyrənc qətliamı Xocalı faciəsinə görə heç bir cavabdeh Dünya muhakiməsinə verilməyib və indi də bu həllini tapmayıb. Lakin, elə o 1992-93-cü illərdə İzmit şəhərinin bələdiyyə sədrinin sərəncamı ilə azğın, quduz yiyəsiz itlərin Türkiyə vətəndaşlarına ziyan vurduqlarına görə zərərsizləşdirilməsi əmrini verdiyinə görə onu heyvanların hüquqlarının müdafiə cəmiyyəti Haaqa məhkəməsinə verir. Lakin, müsəlmanlari qıran erməni, yəhudi, amerikalı, avropalı Haaqa məhkəməsinə verilməyir. Bilirsiniz niyə? Çünki, onlar yəni, yəhudi və ermənilər (sionist və şovinistlər, quldur dəstəsini himayə edənlər) amerikalı və avropalılar, ruslar və digərləri bizi itdən aşağı sayırlar.

Sonda bütün dünyanın azadlıqsevər, ədalətli özünü Adəm, Nuh, İbrahim, İsa, Musa və Muhəmmədin dinində olan kimi hiss edən bütün sülhsevər insanların mövqeyini internet səhifələrində görmək arzusu ilə mövzuya son verib, hamınıza ədalətin qələbəsini arzu edirəm.

Axundzadə Ruhullah Höccətullah oğlu

  • Yazılıb
  • da (də) 2012 Sep 07