Tarix : 2012 Sep 07
Kod 32540

Azadlığa buraxılmış Şəhriyar Hacizadə və Fərid Hüseyn İranın onlarla mehriban rəftar etməsini eti...

Azərbaycan Respublikası vətəndaşları Şəhriyar Hacizadə və Fərid Hüseyn İranın onlarla islam prinsipləri çərçivəsində rəftar etdiyini söyləyiblər
/Aran Agentliyi

Azərbaycan Respublikası vətəndaşları Şəhriyar Hacizadə və Fərid Hüseyn İranın onlarla islam prinsipləri çərçivəsində rəftar etdiyini söyləyiblər.

Bu iki şəxs Az.R-nın Biləsuvar şəhərinə daxil olan zaman APA xəbər agentliyi müxbirinə açıqlama veriblər.

İran hakimiyyətinin bizimlə rəftarı tam islam qanunları və prinsipləri əsasında olmuşdur. İran hakimiyyətinin bizi əfv etməzdən öncə bizimlə rəftarı humanist prinsiplər çərçivəsində olmuşdur. Belə ki , ailə üzvlərimiz və konsulluq rəsmiləri ilə təmasda olmağımız üçün lazımi zəmin yaradılmışdı və həbsxanada bizim idman və mütaliə ilə məşğul olmağımız üçün müəyyən bir problem yaradılmamışdı – sitatın sonu .

Bu sözləri bu iki azəri şəxs APA-ya verdikləri açıqlamalarında söyləyiblər.

İranda qeyri adi təmaslarına görə , casusluq ittihamı ilə həbs olunmuş sözügedən bu iki Azərbaycan vətəndaşı , azadlığa buraxıldıqdan sonra cümə axşamı ( 6 sentyabr) Azərbaycana daxil olublar.

Hakim Yeni Azərbaycan Partiyası YAP-ın icra katibinin müavini və Azərbaycan Respublikası Parlamentinin üzvü Mübariz Qurbanlı bu məsələ ilə bağlı  deyib: Bu iki vətəndaşımızın azadlığa buraxılması Tehran-Bakı münasibətlərinə təsirsiz  ötüşməyəcək və ondan irəli gələn müsbət təsir iki ölkə münasibətlərində bir sıra müəyyən problemlərin həllinə də kömək edəcək.

Deputat Mübariz Qurbanlı  , Az.R Prezident Administrasiyasının siyasi–ictimai şöbə müdiri Əli Həsənov və Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev kimi azəri siyasətçilərin Şəhriyar Hacizadə və Fərid Hüseynin azadlığa buraxılmasının müsbət təsirə malik olduğunu vurğulamaları xüsusilə də bu iki məhbusun İranda onlara islam prinsipləri çərçivəsində rəftar edilməsini etiraf etməmələri elə bir haldadır ki, Bakı İranın Teleradio Təşkilatının Bakıdakı yerli müxbiri Anar Bayramlını hələ də azadlığa buraxmayıb.

  • Yazılıb
  • da (də) 2012 Sep 07