Bu gün Azərbaycanda rüşvət və korrupsiyanın mövcudluğu hamı tərəfindən qəbul olunur və bununla bağlı hakimiyyət xüsusi komissiyalarda yaradıb
/Aran Agentliyi
Bu gün Azərbaycanda rüşvət və korrupsiyanın mövcudluğu hamı tərəfindən qəbul olunur və bununla bağlı hakimiyyət xüsusi komissiyalarda yaradıb. PAT.AZ saytı isə bu gün ən çox rüşvət alan dövlət idarəsini müəyyənləşdirmək üçün oxucular arasında sorğu keçirib. Beləliklə aydın olub ki, ən çox rüşvət alan nazirlik olaraq Səhiyyə Nazirliyi göstərilir. Düzdür burda rüşvətin həcmi xırdadır, amma kütləvi şəkildədir. İkinci pillədə isə Təhsil Nazirliyi durur. Burda da rüşvətin həcmi fantastik həddə deyil. Üçlikdə duran isə Əmlak Məsələləri Dövlət Komitəsidir. Amma bu komitədə rüşvətin həcmi demək olar ki, bütün nazirliklərdə ki, rüşvətin həcmindən çoxdur