Tarix : 2012 Sep 08
Kod 32553

İsrail dilemma qarşısında

İsrailin təhlükəsizlik palatası İran haqqında 10 saatlıq iclasda nə danışdılar?
/Aran agentliyi

İsrailin təhlükəsizlik palatası İran haqqında 10 saatlıq iclasda nə danışdılar?

Sionist rejim - İsrailin təhlükəsizlik palatası dünən gecə 10 saatlıq iclas çərçivəsində İranın nüvə proqramını və sionist rejim qarşısındakı problemlər haqqında müzakirələr aparmışlar.

FarsNews-un verdiyi məlumatına görə, Sionist rejimin təhlükəsizlik palatasının (daxili və xarici asayiş və kəşfiyyat orqanlarının başçıları) keçirdiyi bu iclasın təfərrüatı barədə məlumatı İsrailin “Yediot Ahronot” qəzeti öz mənbələrinə istinadən yayıb.

Heç bir əməliyyat qərarı qəbul edilməyib

Bu qəzetin yazdığına əsasən, bu iclasda iştirak edən rəsmilərdən biri deyib: İclasda təqdim edilən məlumatlar “olduqca narahat edici olsa da, çox da həyəcanlandırıcı deyildi”.

Bu məlumatlı mənbə habelə deyib: Bu iclasda heç bir əməliyyat qərarı alınmayıb.

Sionist rejimin təhlükəsizlik palatasının üzvləri dünən gecə bəzi ixtilaflara da düçar oldular. Yediot Ahronot hesabat verib ki, palatanın

üzvləri İranın nüvə proqramının vəziyyəti barədə çıxışları toparlamaqda və İranın nüvə proqramının nə zaman təhlükəsizlik həddinə çatacağı barədə fikir ayrılığı ilə üzləşmişlər.

Bu qəzet iddia edib ki, iranlılar öz nüvə proqramlarını olduqca sürətlə davam etdirir və həmişə çalışırlar ki, bu fəaliyyətdən hansısa bir iz qalmasın.

İclasda iştirak edən israilli rəsmi Yediot Ahronot qəzetinə bildirib: İranlılar hələ də öz nüvə proqramlarını dayanmadan davam etdirirlər və onun sürətini azaltmayıblar.

Qərb bəzi sanksiyaları neftin qiymətinin artması qorxusundan həyata keçirmir

Bu iclasda sionist rejimin təhlükəsizlik palatası neftin qiymətinin artması vahiməsi və Çinin müxalifətləri nəticəsində Qərbin İran əleyhinə həyata keçirmədiyi sanksiyaların siyahısını da təqdim etmişlər.

Habelə bu iclasda hansısa nəticənin əldə edilməsi məqsədilə İran əleyhinə daha çox sanksiyaların həyata keçirilməsinin vacibliyi də vurğulanıb.

Sionist rejimin təhlükəsizlik palatasının 14 üzvü var. Burada nazirlər kabinetindən bir neçə nazir, habelə bu rejimin təhlükəsizlik başçıları vardır.

Nazirlərin müavinlərinin belə qatılma haqqı olmadığı müşavirə məclisi...

Bu iclas barədə məlumatlar yayımlayan qəzetlərdən biri də, Yerusəlim post qəzetidir. Qəzetin yazdığına əsasən, bu iclas 10 saat sürdü. Məqsəd isə, İsrailin məlumat agentliklərinin hesabatlarını, İranın nüvə proqramının vəziyyətinin dəyərləndirilməsi və habelə İsrailin qarşısındakı təhdidlərin incələnməsi idi.

Deyilənlərə görə, İran məsələsindən əlavə, Suriyanın vəziyyəti, Misirlə gələcək münasibətlər də bu iclasın müzakirə mövzuları arasında olmuşdur.

Bu iclas o qədər məxfi olub ki, hətta nazirlərin müşavir və müavinləri belə orada iştirak haqqına malik olmamışlar.

İran üçün qırmızı xəttin təyin edilməsi

Bu iclasda iştirak edən nazirlər Mossadın (İsrailin xarici casusluq təşkilatı), Şin Betin (İsrailin daxili kəşfiyyat agentliyi) məlumatları və hərbi kəşfiyyatlar barədə olan hesabatları dinləmiş və müzakirə etmişlər.

Sionist rejimin palatası nazirlərdən ibarət 8 nəfərlik heyətə də malikdir. Bu heyətə daxili kabinet də deyilir. Sözügedən kabinet bu rejimin baş nazirilə müşavirə də keçirə bilər. Amma, deyilənə görə, hərbi hücum üçün son qərar təhlükəsizlik kabinetinin iclasında alınmalı və qətiləşdirilməlidir.

Yerusəlim Post qəzetinin yazdığına əsasən, iclasda müzakirəyə çıxarılan mövzulardan biri isə, İran üçün hansısa qırmızı xəttin müəyyən edilməsi oldu. İsrail bunu Amerikanın təyin etməsinə meyllidir.

Halbuki, sionist rejimin baş naziri Binyamin Netanyahu indiyə qədər bu qırmızı xəttin nədən ibarət olduğunu açıq-aşkar şəkildə bildirməyib. Amma, İsrailin daxili kəşfiyyat şurasının keçmiş rəisi Uzi Arad deyib: Bu qırmızı xətt uranın 20 %-dən artıq zənginləşdirilməməsi ola bilər. Onun sözlərinə görə, bu qırmızı xətt hərbi hücumun başladılması üçün bir sərhəd ola bilər.

Arad həmçinin deyib: Uranın zənginləşdirilməsi üçün yeni mərkəzlərin istifadəyə verilməsi də İran üçün qırmızı xətt sayıla biləcək nümunələrdən ola bilər.

Netanyahu hərb məramlı çıxışlarına son verməsi üçün, istər İsrailin daxilindən, istərsə də xarici ölkələrdən uzun müddət ərzində sərt təzyiqlərlə üzləşib. Sionist medianın etirafına əsasən, son günlərdə İran üçün qırmızı xəttin təyin edilməsi, həqiqətdə özünün bir neçə ay əvvəlki mövqeyindən geri çəkilib.

HaqqYolu

  • Yazılıb
  • da (də) 2012 Sep 08