Tarix : 2012 Sep 08
Kod 32554

Biz nəinki İrana, heç bir dövlətə bağlılığı qəbul etmirik – AİP

''Bizim mövqeyimiz nizamnaməmizdən bəllidir''
/Aran agentliyi

 

"Bizim mövqeyimiz nizamnaməmizdən bəllidir"

HaqqYolu - "Bizim mövqeyimiz nizamnaməmizdən bəllidir. İstəyimiz və fəaliyyətimizin məqsədi dövlətçiliyimizin möhkəmliyidir. Biz nəinki İrana, heç bir dövlətə bağlılığı qəbul etmirik".

Bunu Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Hacı Elçin Manafov deyib.

O, "Partiyanın adı çəkiləndə, daha çox İran xatırlanır. Bu mənada partiyamızın İrana münasibətini necə izah edərdiniz" sualına cavab olaraq bildirib ki, Azərbaycan heç bir dövlətdən asılı olmamalıdır, hakimiyyət xalqa etimad göstərib qüdrətli dövlət yaratmalıdır: "Yoxsa, indiki kimi asılı vəziyyətdə yaşamamalıyıq. 20 ilə yaxındır ərazilərimiz işğal altındadır, amma hələ də bu məsələdə ixtiyar sahibi deyilik, onun bunun ağzına baxırıq ki, görən, nə deyəcək. Biz hələ də həqiqi mənada müstəqil ola bilməmişik".(SalamNews)

  • Yazılıb
  • da (də) 2012 Sep 08