Tarix : 2012 Sep 08
Kod 32555

Azərbaycan İslam Partiyası böhtanlara cavab Verdi

Pia.az saytının böhtanlarına AİP sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli münasibət bildirdi
/Aran agentliyi

Pia.az saytının böhtanlarına AİP sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli münasibət bildirdi

HaqqYolu - Pia.az saytının böhtanlarına AİP sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli münasibət bildirdi

 “Əvvəlcə Pia.az saytının əməkdaşlarına Azərbaycan İslam Partiyasını (AİP) pulsuz-parasız gündəmdə saxlamaqla təbliğ etdiklərinə görə təşəkkür edirəm.

Hesab edirəm ki, siyasi qurum olaraq fəaliyyətimizlə milli-mənəvi-islami dəyərlərimizi imkan və bizə qanunlarımızın verdiyi fürsət və hüquq çərçivəsində təbliğ edir, insanlarda siyasi islam düşüncə və təfəkkürünün inkişaf etməsinə çalışırıq.

Hər halda buna, bu yolda olanlara qarşı getmək heç bir müsəlmana yaraşmaz.

Yəqin ki, Pia.az-çılar da bunu yaxşı başa düşür, bu istiqamətdə xidmətlərini tutumları müqabilində yerinə yetirirlər.

Hər hansı bir siyasi qurumun toplantısı gərginliklə keçirsə, deməli fikir müxtəlifliyi var, seçim edilir.

Partiyada hər hansı bir post uğrunda siyasi mübarizə də təbiidir.

Amma Pia.az-çılar bilməlidir ki, AİP-də bu və bunun kimi digər məsələlər ədab-ərkan, İslam əxlaqı çərçivəsində həyata keçirilir, hər hansı bir informasiya agentliyinin ona ötürülən yanlış məlumatlara əsaslanaraq ictimailəşdirilən fikir və səhv düşüncələrlə yox.

Biz İslam Partiyasının heç bir daxili məsələsini ictimai mətbuatda müzakirə yolu ilə həll etməyin tərəfdarı deyilik, çünki bu nə əqidəmizə, nə də ki, islam əxlaqına uyğundur.

Doğrudur, 5 il, 10 il əvvəllər partiyada parçalanma cəhdləri, bəzi neqativliklər, o cümlədən partiya rəhbərliyinin ictimai mətbuatda ittiham olunması hallarına yol verilib.

Amma, necə deyərlər, axar su çirkab götürməz.

AİP-də yalnız sağlam qüvvələr var, fəaliyyət göstərir.

Saytdakı çıxışda bir məqamı da yersiz hesab edirəm ki, o da sədrlik məsələsidir.

Mən deyərdim ki, ölüm halları istisna olunmaqla Azərbaycanda fəaliyyət göstərən heç bir partiyada rəhbərlik AİP-dəki qədər çox dəyişilməyib, heç bir siyasi qurumun sədrlik postuna AİP-də olduğu kimi çoxsaylı alternativ olmayıb.

Bu da özlüyündə partiyaya rəhbərliyə layiq siyasətçilərin yetişdirilməsindən irəli gəlir.

Sadəcə qeyd etməliyəm ki, partiyamızın sədri Mövsüm Səmədov həbsxanadadır.

Qurumu onun layiqli davamçısı Elçin Manafov idarə edir.

Onun qəbul etdiyi qərar hər bir üzv üçün partiyadaxili qanundur və sözsüz yerinə yetirilir.

Partiyaya yetkiləri olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirir və zaman gələcək estafeti davamçılara ötürəcəyik.

Təki xalqa yadda qalan xidməti göstərə bilək, gözəl, yaxşı nəticəsi olan ənənə yaradıb, yaşadaq.

Siyasi mübarizə mənim anlamımda abır, həya qaldırmaq deyil, xalqın siyasi mənliyini və şüurunu bu müstəvidə düzgün təmsil etməkdir”. (islaminsesi)

  • Yazılıb
  • da (də) 2012 Sep 08