Tarix : 2012 Sep 08
Kod 32556

Kanadanın çarəsiz addımı

Kanada İrandakı səfirliyini bağlayıb, həmçinin bütün iranlı diplomatları Ottavadan çıxarır. Bu barədə ölkənin xarici işlər naziri Con Berd bəyan edib
/Aran agentliyi

Kanada İrandakı səfirliyini bağlayıb, həmçinin bütün iranlı diplomatları Ottavadan çıxarır. Bu barədə ölkənin xarici işlər naziri Con Berd bəyan edib.

Mövzu ilə bağlı İslaminsesi.az-a açıqlama verən Azərbaycan İslam Partiyası (AİP) sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli Kanada hakim dairələrinin İran səfirliyini ölkədən çıxarılması barədə qərarı beynəlxalq sionizmin təzyiqlərinə dözümün Kanadadan ötrü həddini göstərdiyini bildirdi: “Digər bir tərəfdən Kanada bu məsələdə ABŞ-ın mövqeyini və yanacaq ehtiyacının ödənilməsi barədə vədlərini gözləyirdi. Səfirlik məsələsini Kanada tərəfindən bu qədər uzadılması ABŞ-ın İraqın işğalında İngiltərə və Fransaya ucuz neft axacağı vədini yerinə yetirə bilməməsindən doğan etibarsızlıqdan irəli gəlirdi.

Sonra A.Heydərli rəsmi Ottavanın İranla diplomatik əlaqələrin kəsilməsi çarəsizlikdən irəli gəldiyini qeyd etdi:” Bunun səbəblərinə gəldikdə isə ədalətsiz və yanlış yanaşmanın şahidi olmaq olar. Belə ki, bütün dünya hələ ki, işğalçı dövlət kimi İranı deyil, ABŞ-ı tanıyır. Nüvə silahına malik və bəşəriyyəti qorxu altında saxlamağa çalışan tejim kimi isə işğalçı sionist İsrail rejimi tanınır. Bir el məsəlimiz var, dəyərlər, “adımı sənə qoyum, səni yana-yana qoyum.” Mən Kanadanın bu addımını çox yersiz hesab edir, İran üçün bunun heç bir fərqi olmadığını sayıram.”

Politoloq Zərdüşt Əlizadə Kanada Amerikanın siyasətinin yedəyində gedən bir dövlət olduğunu vurğuladı. Amerika isə çalışır ki, belə vasitələrlə İrandan müxtəlif məsələlər xüsusilə Yaxın Şərq məsələləri ilə bağlı güzəştlər qopartsın. Düşünürəm ki, bu İran üçün böyük fəlakət olmayacaq.

  • Yazılıb
  • da (də) 2012 Sep 08