Tarix : 2012 Sep 08
Kod 32557

İctimai Palatanın 08 sentyabr 2012-ci il sessiyasında verdiyi qərarlar

Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun hüquqlarının müdafiə komitəsinin sədri Rafiq Cəlilov İctimai Palataya üzv qəbul edilsin
/Aran Agentliyi

 Deyerler.Org-un verdiyi məlumata görə, İctimai Palata 08 sentyabr 2012-ci il sessiyasında müzakirələr nəticəsində aşağıdakılar haqqında qərar qəbul edib:

1. “Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun hüquqlarının müdafiə komitəsinin sədri Rafiq Cəlilov İctimai Palataya üzv qəbul edilsin.

2. Eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi adı altında AXCP-nin sədri və İctimai Palatanın Koordinasiya Şurasının üzvü Əli Kərimliyə qarşı kampaniyaya son qoyulsun.

3. İctimai Palatanın siyasi məhbuslarla bağlı bəyanatı qəbul edilsin.

4. İctimai Palatanın azad mətbuatın müdafiəsi ilə bağlı bəyanatı qəbul edilsin.

Qeyd: İctimai Palatanın Koordinasiya Şurasının üzvləri “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə abunə olduqlarını bəyan etdi və İctimai Palata üzvlərini bu kampaniyaya qoşulmağa dəvət etdi.

Deyerler.Org

  • Yazılıb
  • da (də) 2012 Sep 08