/Aran Agentliyi
QİÇS-ə yoluxan məhkum 16 saylı Cəzaçəkmə Müəssisəsində ölüb
Azərbaycanda həbsxanada ölüm hadisəsi baş verib. Bu barədə Nizami Rayon Prokurorluğundan bildirilib.
Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Orada cəza çəkən, 1975-ci il təvəllüdlü Müşfiq Novruz oğlu Adıgözəlov xəstəlikdən dünyasını dəyişib. Onun ölümünün səbəblərini dəqiqləşdirmək üçün ekspertiza təyin olunub.
Məlumata görə, məhkum immun çatışmazlığı sindromu (SPİD) xəstəliyindən əziyyət çəkirmiş. Onun ölümünə də bu xəstəlik səbəb olub.
APA