/Aran Agentliyi
Ermənilərin atəşkəs rejimini pozması nəticəsində iki ay öncə yaralanan Azərbaycan Ordusunun əsgəri şəhid olub.
Ermənistan snayperinin iyulun 13-də cəbhənin Naxçıvan istiaqmətində açdığı atəş nəticəsində Naxçıvandakı N saylı hərbi hissədə qulluq edən Rəbbi Elsevər oğlu Cəfərov başından ağır yaralanmışdı.
1993-cü il təvəllüdlü Rəbbi Cəfərovun həyatını xilas etmək mümkün olmayıb və o, dünən axşam saatlarında intensiv müalicə aldığı
Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında vəfat edib.
Allah rəhmət eləsin!
islamazeri.az