Tarix : 2012 Sep 09
Kod 32580

Xalqına düşmən rejimlər – Kanada, Stiven Harper!

Aydın həqiqətdir ki, dünyada mövcud hökumətlərin böyük əksəriyyəti xalqın yox, mafioz qrupların mənafeyini təmsil edir
/Aran Agentliyi

Aydın həqiqətdir ki, dünyada mövcud hökumətlərin böyük əksəriyyəti xalqın yox, mafioz qrupların mənafeyini təmsil edir. ABŞ, Qərb dövlətləri, İsrail bu baxımdan öndə gedir – bu hökumətlərin xalqla müştərək heç bir marağı yoxdur. Bütün bu ölkələrdə müharibəyə qarşı aksiyalar keçirilir, hökumətlər isə kar imiş kimi işğalçılıq siyasətini davam etdirir.

Xalqına düşmən, beynəlxalq imperializm, sionizmə işləyən dövlətlərdən biri də Kanadadır. Son günlər Kanadanın İranla diplomatik əlaqələri kəsməsi gündəmdədir. Ottava Tehranda səfirliyini bağlamaq və İran diplomatlarını Kanadadan çıxarmağa qərar verdi. İranın reaksiyası yubanmadı. İran XİN-in sözçüsü Ramin Mehmanpərəst bəyanatla çıxış etdi: “Kanada irqçi hökumətinin belə düşmən addımları İsrail və Britaniyanın diktəsi altında həyata keçir... Bu həm də baş nazir Stiven Harperin antiiran siyasətinin bir hissəsidir.”

Kanada hökumətinin bu fitnəkar addımına ən böyük etiraz Kanada cəmiyyətindən gəlib. Kanada mətbuatında hökumətin bu sifarişli, milli mənafelərə zidd qərarı top atəşinə tutulub. Toronto Star Kanadanın İrandakı sabiq səfiri Con Mandinin münasibətini açıqlayır: “İranla rabitələri kəsmək strateji yanlış addımdır. Bu addım Kanadanın dünyadakı beynəlxalq rolunu azaldacaq. Bu addımdan geri dönmək də çətin olacaq.”

Vancouver Sun qəzeti xəbərdarlıq edib ki, Kanada hökumətinin bu addımını Rusiya da normal qarşılamayacaq. Qəzet Harperin qarşıda Putinlə görüşünün də uğurunu şübhə altına alır.

Globe and Mail Kanada hökumətinin bu addımını “öz ayağına atəş” adlandırıb. Qəzet Kanada hökumətinin arqumentlərini qurama adlandırır və milli mənafeyə zidd sayır. Məqalə müəllifi İranla rabitələrin kəsilməsinin yeganə səbəbi kimi müəmma dolu Kanada-İsrail yaxınlığını göstərir.

CBC News Kanadada yaşayan və təhsil alan çoxsaylı iranlıların da bu addıma birmənalı yanaşmayacağını xəbər verir. Diplomatik münasibətlərin kəsilməsi Kanadanın dekorativ azad ölkə imicinə sarsıdıcı zərbə olacaq.

Doğrudanmı, Kanadanın bu addımı İrana hansısa problem artıra bilər? Sanksiyalar dolların qiymətini 1350 tüməndən 2290 tümənə qaldırıb. Amma İranda nə dəyişib?! Avropada, ABŞ-da yaşanan iqtisadi böhrandan İranda xəbər yoxdur. İnşaalah, olmayacaq da!

Babək Təbrizli

  • Yazılıb
  • da (də) 2012 Sep 09