Tarix : 2012 Sep 09
Kod 32581

Xətai-də geniş etiraz aksiyası

Xətai rayonunda yerləşən 88 saylı orta məktəbin müəllimləri və şagirdlərin valideynləri bu gün səhər saatlarında geniş etiraz aksiyası keçiriblər
/Aran Agentliyi

Xətai rayonunda yerləşən 88 saylı orta məktəbin müəllimləri və şagirdlərin valideynləri bu gün səhər saatlarında  geniş etiraz aksiyası  keçiriblər.

Narazılar yeni təmir olunmuş məktəbin varlıların oxuduğu “Zəkalar” liseyinə verilməsinə etiraz bildiriblər.

Hadisə yerinə xeyli sayda çevik polis alayı cəlb olunub. Polis aksiyaçılara təzyiq göstərib, onları məktəbin həyətindən qovub. Bu zaman müəllimlərdən bir neçə nəfərin ürəyi gedib, olay yerinə təcili tibbi yardım maşınları gəlib. Polis məktəbin qapılarını bağlayıb və içəridə keşik çəkir, bir kimsə buraxılmır. Sonra Xətai rayon icra başçısının müavini də əraziyə gəlib. Artıq məktəb ələ keçirilib.

  • Yazılıb
  • da (də) 2012 Sep 09