Tehran-Bakı arasında son siyasi təmaslar sionistlərin diqqətini çəkib və onları nigaran edib
/Aran Agentliyi
Tehran-Bakı arasında son siyasi təmaslar sionistlərin diqqətini çəkib və onları nigaran edib.
Əldə olunan məlumatlara görə, sionist dairələr və sionist rejim Bakı-Tehran arasında son siyasi təmasların bəhrə verməsinin qarşısını almaq üçün Bakıdakı amillərini fəallaşdırıblar.
Sionizm cərəyanı bu məqsədlə Bakıdakı amillərinə sifariş edib ki, İran tərəfindən casusluq və qeyri-qanuni hərəkətlərdə ittiham olunan Azərbaycan Respublikasının iki vətəndaşının ekstradisiyası və azad olunması məsələsini İrana qarşı təbliğat üçün mənfi məsələyə çevirsinlər və bu istiqamətdə sionizmə bağlı Bakıdakı medialar çalışırlar ki, şair kimi tanıtdırılan bu iki vətəndaşla müsahibələrdə onların dilindən İranda həbs olunmaları məsələsini sual altına üzləşdirsinlər, onlar tamamilə günahsız və heç bir cinayət törətmədiklərini bildirsinlər. Belə bir halda İrana qarşı bu iki vətəndaşdan təbliğat formasında sui-istifadəyə baxmayaraq, İran tərəfi hələlik bu məsələyə əhəmiyyət vermir və ümidvardır ki, Bakı bu rəftarını düzəldəcək.
Bu arada Bakıdakı bəzi məlumatlı mənbələr də bildiriblər ki, NATO baş katibinin Bakıya son səfəri zamanı Andres Foq Rasmussen Azərbaycan Respublikası rəsmiləri ilə gizli müzakirələrdə İranla münasibətlərini məhdud şəkildə saxlamağı məsləhət görüb. Bu elə bir haldadır ki, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov Tehrana səfərində qeyd etmişdi ki, Bakı İran İslam Respublikası ilə münasibətlərin inkişafı barəsində heç kimdən icazə almayacaq.
Lakin Bakının ifratçılığı, qərbyönümlülüyü, ABŞ və sionist rejimin Bakıya həddindən artıq nüfuzu, NATO ilə əməkdaşlığa meyli kimi bəzi məsələlərin kölgəsi hələ də bu açıqlamalara ağırlıq edir.
Bu arada Bakı ABŞ və İsrail rejiminin Azərbaycan Respublikasında İrana qarşı mənfi hərəkətlərinin davam etməsinə baxmayaraq, ABŞ və İsraillə öz hərbi əməkdaşlıqlarını ikitərəfli münasibətlər çərçivəsində hesab edir.
Belə bir halda islam dünyası düşmənlərinin Bakıda nüfuzu iki ölkənin mənafeyi, ortaqlıqları və qonşuluğu ilə ziddiyyətdədir. O cümlədən İpək Yolu konfransında iştirak etmək üçün İranın nümayəndə heyətinin Bakıya səfəri zamanı bu konfransda bir növ “ağız əymək” hərəkəti baş verdi. Belə ki, ipək yolu ölkələrindən olan İrandan klip nümayiş etdirilmədi. Lakin sionist rejimdən klip nümayiş olundu.
Əslində Bakıda sionist rejimin İrana qarşı “tele-aparıcılığı” ilə İranofobiya və islamofobiya təbliğatı Azərbaycan Respublikası xalqının geniş tənqidlərindən əlavə hakimiyyət daxili cinahlarda da boşluğun yaranmasına səbəb olub. Azərbaycan Respublikası rəsmilərinin Tehranla son təmasları müsbət qarşılamaları və Bakı ilə münasibətlərin gərginliyinin aradan qaldırılması üçün İranın müsbət hərəkətləri, eləcə də İran tərəfindən Azərbaycan Respublikasının iki vətəndaşının azad olunmasından sui-istifadə və bu addım və bəzi digər addımlardan müsbət siyasi atmosfer istiqamətində hərəkət etməsindən yararlanmaq əvəzinə İrana qarşı bir təbliğat kimi istifadə edilməsi Bakının rəftarlarında ziddiyyəti göstərir. Bu ziddiyyətin əsas amilini sionizm və ABŞ-ın məsləhətləri kimi anti-İran amillərin təsirində axtarmaq lazımdır.