Bir qrup istanbul sakini universitetlər və məktəblərdə hicab qadağasında etiraz olaraq piket keçirib, təhsil müəssisələrində hicabdan istifadəyə qoyulmuş qadağanın ləğv edilməsini istəyib
/Aran Agentliyi
Bir qrup istanbul sakini universitetlər və məktəblərdə hicab qadağasında etiraz olaraq piket keçirib, təhsil müəssisələrində hicabdan istifadəyə qoyulmuş qadağanın ləğv edilməsini istəyib.
İRNA-nın məlumatına görə Türkiyədə yeni təhsil ili ərəfəsində İstanbul sakinləri şənbə günü Fateh meydanında bir araya gələrək universitetlərdə hicab qadağasına qarşı şüarlar səsləndiriblər .
Türkiyənin Azadlıq Cəmiyyətinin dəvəti ilə keçirilən bu aksiyada təhsil müəssisələrində hicabdan istifadənin azad edilməsi istiqamətinə şüarlar verilib. Türkiyə universitetlərində hicabdan istifadənin nisbi şəkildə azad edilməsinə baxmayaraq hələ də bu ölkədə təhsil müəssisələri və dövlət idarələrində hicablı qızlar qarşısında ciddi maneələr mövcuddur .