Tarix : 2012 Sep 09
Kod 32590

Qərb və NATO niyə Ramil Səfərovun azadlığından narahatdır?

Ruhullah Axundzadə:'' Azadlığın mübarək Azərbaycanın qeyrətli oğlu Ramil Səfərov ! ''
/Aran Agentliyi

Ruhullah Axundzadə:" Azadlığın mübarək Azərbaycanın qeyrətli oğlu Ramil Səfərov ! "

Azərbaycan Respublikası İslam Partiyasının Astara rayon şöbəsinin məhbus müdiri  Ruhullah Axundzadə  yenicə  azadlığa buraxılmış zabit Ramil Səfərovun azadlığa çıxmasına qarşı mövqe sərgiləyən ABŞ, Avropa dövlətləri və NATO-nun bu münasibətini diqqət çəkən şərh edib.

Ramil Səfərova ünvanladığı məktubunda Ruhullah Axundzadə yazıb : “    Qarabağın işğalının əsas təşəbbüskarı olan Rusiya və eləcədə xristian ölkələrinin  bu barədəki mövqeyi gözlənilən olmalıdır. Çünki, Qurani-Kərimdə Allah-Təala biz müsəlmanlara buyurur, ”Nəsrani  və yəhudiləri özünüzə dost tutmayın , onlar  bir-birilərinin dostlarıdır, siz də bir-birinizin"

Ruhullah Axundzadə əlavə edib : “ Əgər hər hansı bir terrorçu  erməni  xristian ölkəsində bir və ya bir neçə müsəlmanı  terror etsəydi, onun həbsi nə ki, 6 il çəkməzdi, Avropa və Amerika Dövlətləri eləcədə Rusiya ona himayədarlığını  nümayişkaranə  gözümüzə salardılar.”

AİP-in məhbus sədr müavini qeyd edib : “ O , yəni Ramil Səfərov nə ki,Azərbaycan  Xalqının  həm də bütün müsəlman Ölkələrinin müsəlmanlarının və eləcə də sağlam məntiq və düşüncəyə  malik olan digər  qeyri müsəlmanların da qəhrəmanı sayılmalıdır. BMT-nin  4 qətnaməsi bu günə kimi həllini tapmayıb. Əgər həmin qətnamələr  bizim əleyhimizə olsaydı dərhal həyata keçirilərdi. 20-ci  əsrin ən böyük  və iyrənc  qətliamı Xocalı faciəsinə  görə heç bir cavabdeh Dünya muhakiməsinə verilməyib və indi də bu həllini tapmayıb. Lakin,elə o 1992-93-cü illərdə İzmit şəhərinin bələdiyyə sədrinin sərəncamı ilə azğın,quduz  yiyəsiz itlərin Türkiyə vətəndaşlarına ziyan vurduqlarına görə zərərsizləşdirilməsi əmrini verdiyinə görə onu heyvanların hüquqlarının  müdafiə cəmiyyəti  Haaqa məhkəməsinə verir. akin,müsəlmanlari qıran erməni, yəhudi ,amerikalı, avropalı Haaqa məhkeəməsinə verilməyir. Çünki,onlar  yəni,yəhudi və ermənilər (sionist və şovinistlər,quldur dəstəsini himayə edənlər) amerikalı və avropalılar,ruslar və digərləri bizi itdən  aşağı sayırlar.”

  • Yazılıb
  • da (də) 2012 Sep 09