Tarix : 2012 Sep 09
Kod 32591

Masallı polisi dindarlar üçün qurduğu planı həyata keçirib

Bu barədə Xeber44.com-a hadisə şahidləri məlumat verib
/Aran Agentliyi

Bu barədə Xeber44.com-a hadisə şahidləri məlumat verib.

 

16:00

Aldıqımız son məlumata görə xeber44.com saytının baş redaktoru Araz Quliyev,Ziya Tahirov və Rza Ağalı hal-hazırda polis bölməsindədir.

Hadisə şahidlərinin dediklərinə görə Masallı cümə məscidinə gedən yol istiqamətində bir qrup Ərkivan kənd sakinləri dindarların yolunu kəsərək küçə söyüşləri söyməyə başlayıblar və deyiblərki bizədə Ərkivanlı deyərlər.(Deyilənlərə görə mülki geyimli şəxslər polis zabiti Nazim Əkbərovun yaxın qohumlarıdır.)

Sonra birdən Masallı RPŞ-nın rəis müavini Əlifağa Kazımov-un göstərişi ilə polis zabiti Cavid Məmmədov oların yanına gələrək döyün buları deyib,və mülki geyimdə olan idmançılar deyilmiş planla dindarları Mədəniyyət evinin qabaqına aparıblar.

Orada mülki geyimlilərə çoxlu sayda polisdə köməklik edib və dindarları rezin dəyənəklərlə təpik və yumruqlarla döyməyə başlayıblar.

Dindarları amansızlıqla vurduqdan sonra polislər Araz Quliyev və Ziya Tahirov polis bölməsinə aparılıb.

Polis bölməsindədə polislər amansızcasına dindarları döyüblər.

Dindarları özündən getdiyini görən polislər onları ayıltmaq üçün həkim çaqırıblar.

Aldıqımız son məlumata əsasən polis bu gün Rza Ağalını saat 12:05 radələrində yaşadıqı evdən polis şöbəsinə aparıb.

Polis şöbəsindən verilən qeyri rəsmi məlumata görə Araz Quliyev,Ziya Tahirov və Rza Ağalı sabah məhkəməyə qarşısına çıxarılacaq.

Məlumat olduqda yenilənəcək.

 

 

14:41

Xeber44.com-a verilən məlumata görə Masallı dindarlarından Rza Ağalı-da bu gün polis tərəfindən saxlanılıb.

Araz Quliyev Ziya Tahirov və Rza Ağalı Masallı şəhər polis idarəsində saxlanılır.

 

2:31

Saytımıza verilən məlumata görə dünən saat 23:30-da 30-a yaxın mülki geyimli idmançı Masallı RPŞ-nın rəis müavini Əlifağa Kazımovun göstərişi ilə Masallı dindarlarına hücum ediblər.

Hadisədən 5-dəyqə əvvəl Əlifağa Kazımov Araz Quliyev söhbət edirmiş Əlifağa Kazımov Araz Quliyevdən ayrılanan 2-dəyqə sonra mülki geyimli idmançılar Araz Quliyev Ziya Tahirov və bir neçə dindara hücum ediblər.

Sonradan polis işçilərinin qoşulmasıyla qrup dahada çoxluq təşkil edib. 10-a yaxın dindara qarşı təxminən 30-mülki geyimli idmançı və 30-40-a yaxın polis işçisi hücum ediblər.

Polis işçiləri dindarları döyərək polis şöbəsinə aparıblar.

Mülki geyimli idmançılardan saxlanılan olmayıb.

İlkin məlumata görə Masallı RPŞ-nın rəis müavini Əlifağa Kazımov Nazim Əkbərov adlı polis işçisinə tapşırıq verərək bir qrup mülki geyimli idmançılar təşkil edib bu hadisəni törətmişlər.

Qeyd edək ki,mülki geyimli idmançıların Ərkivan qəsəbəsindən olduğu ehtimal olunur. Polis işçisi Nazim Əkbərov Ərkivan qəsəbə sakinidir.

Xeber44.com saytının rəhbəri Araz Quliyev Masallı dindarlarından Ziya Tahirov-u amansızlıqla döyüblər. Ziya Tahirov-u o qədər döyüblər ki Ziya Tahirovun 2-oğlu Məhəmməd və İbrahim ataların qucaqlayaraq deyiblər “atamızı daha vurmayın” buna baxmayan polis işçiləri və mülki geyimli idmançılar uşaqlarıda döyüb hadisə yerindən uzaqlaşdırıblar.Hal hazırda Masallıda yola çıxan dindarlar saxlanılır.

 

00:30

Dünən saat 23:30-da Masallı şəhər Gənclər Mərkəzində təşkil olununmuş diskotekaya etiraz edən Xeber44.com saytının rəhbəri Araz Quliyev Masallı dindarlarından Ziya Tahirov və başqa 10-nəfərə yaxın dindar polis tərəfindən amansızlığla döyülərək Masallı polis şöbəsinə aparılıblar.

Hal hazırda dindarların həbs olunması davam edir.

Xeber44.Com

 

 

 

 

5

Azərbaycan bayrağında yaşıl rəng görürsünüz?

 

Azərbaycan prezidenti İlham Əliyev Münhendə (05.02.2012 01:12 – ANS) Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton ilə görüşüb. Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunan görüşdə əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib. Azərbaycanın antiterror koalisiyasının tərkibində Əfqanıstandakı sülhyaratma əməliyyatlarında iştirakı yüksək qiymətləndirilib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

P.S. Ən maraqlısı: Görüşdə Azərbaycan bayrağında yaşıl rəngə yer verilməyib. Mübahisə etməyə dəyməz, onlar həmişə haqlıdır! Azərbaycan saytlarından bəziləri, məsələn Trend həmin hissəni özü “rəngləyib” səhifəyə çıxarıb.

HaqqYolu

  • Yazılıb
  • da (də) 2012 Sep 09