Dünən Saatlı icra hakimiyyətinin binası qarşısında etiraz aksiyası zamanı polis tərəfindən saxlanılmış 10 iştirakçının hamısı azad edilib
/Aran Agentliyi
Dünən Saatlı icra hakimiyyətinin binası qarşısında etiraz aksiyası zamanı polis tərəfindən saxlanılmış 10 iştirakçının hamısı azad edilib. Turan-a yerli mənbələrdən daxil olan məlumata görə, saxlanılanlara icazəsiz aksiyaların yolverilməz olduğu barədə xəbərdarlıq edilib.
Xatırladaq ki, narazı sakinlər hökumətin 2010-cu il may-iyun daşqınının nəticələrinin aradan qaldırılması üçün ayırdığı maliyyə vəsaitini “yeyən” məmurların özbaşınalığına etiraz edirdilər. Polis aksiyanı dağıdıb, 10 nəfəri saxlayıb.(Turan)