Tarix : 2012 Sep 09
Kod 32604

''Artıq havanı da əlimizdən alırlar…''

Bakıxanovda “təbiətin soyqırımı” başlayıb, sakinlərinin istirahət məkanı məhv edilir
m/Aran Agentliyi

Suraxanı rayonunun Bakıxanov qəsəbəsində rayon icra hakimiyyəti ilə Mənzil-Kommunal Təsərrüfatı Birliyi ağacları kəsir. Söhbət Hacınski və Sülh küçələrindəki binların həyətindəki yaşıllıqdan gedir. Bu yaşıllığı sakinlər 38 il bundan əvvəl salıblar. Və qocaların istirahət etdikləri, uşaqların oynadığı yeganə yaşıllıq məhv olmaq üzrədir

Müvafiq qurumlar sakinlərə ağacın qırılmasının səbəbi ilə bağlı dəqiq məlumat verməyib və sənəd göstərməyib. Gəzən söhbətlərə görə ağaclar qırılaraq, ərazidə piyada yolu salınacaq. Bir söhbət də var ki, burada avtomobil dayanacağı tikiləcək. Biz ərazidə olarkən üzərinə Suraxanı Rayon İcra Hakimiyyəti yazılmış bulduzer ərazidə işləyir, həyətləri uçurub-dağıdır yaşıllğı məhv edirdi

Hacıniski küçəsi ev 24, mənzil 38-də yaşayan Vəliyeva Ayna Abbas qızı deyir ki, kəsilin ağacların və dağıdılan həyətin yerində nə olacağı ilə bağlı onlara rəsmi məlumat verilmir: “Bizə “JEK” əməkdaşları deyiblər ki, piyada hərkəti üçün yol olacaq. Yol çəkəndirsə, həyətin qarşısında olan maşın təmiri obyektini niyə sökmürlər? Hansı ki, orada çürbəcür cinayət xarakterli hadisələr baş verir, dalaşırlar, söyüşürlər”.

Təqaüdçü, ayaqları tutulmuş Məryəm Vəliyevanın sözlərinə görə, artıq uşaqların oynaması başqa yer qalmayacaq: “Biz qocalarn istirahət yerlərinə getməyə imkanımız yoxdur, elə burada istirahət edirik, daha doğrusu isti havalarda ağacların kölgəsində əyləşirdik. Məni kimi xəstələri yaşadan elə bu ağaclardır”.

Sakinlərin dediklərinə görə, “JEK” sərəncamın Baki Şəhər İcra Hakimiyyəti tərəfindən verildiyini bildirir: “İstəsək də o sənədi bizə göstərən olmayıb. Ona görə də belə qarara gəlmişik ki, ağacların qırılması və həyətlərin uçulub dağıdılması qanunsuzdur, bu kiminsə maraqlarına uyğundur. Piyada yolu çəkmək ağacları qırmağa əsas vermir. Ağac oksigen deməkdir. Ölkədə yeganə pulsuz olan havadır, onu da bizim əlimizdən alırlar”.

Ayna Vəliyeva qeyd edir ki, ağacların qırılması ilk hal deyil: “Öncə də belə hal oldu. Yeri zibilxana oldu. Bu zibilxana da maşın təmiri obyektinindir. Yaşadığımız ərazi bütün il boyu zibil içində olur. 47 saylı Mənzil İstismar Sahəsi də ərazinin təmizliyinə baxmır”.

47saylı Mənzil İstismar Sahəsinin rəisi Əlixan Məmmədov deyir ki, həmin ərazidə MİS-in inzibati binası olacaq: “Hazırda bizim qurum 198 saylı bağçada yerləşir. Bizim üçün buradan yer ayrılıb

Lakin rəis yerin kimin ayırması və bununla bağlı sənədin olması ilə bağlı sualdan yayınıb, uzaqlaşdı.( bizimyolinfo)

  • Yazılıb
  • da (də) 2012 Sep 09