Tarix : 2012 Sep 10
Kod 32619

İlqar İbrahimoğlu ATƏT-in insan haqları ilə bağlı toplantısına rəsmi dəvət aldı

DEVAMM – Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu ATƏT ODİHR bürosunun insan ölçüsü üzrə toplantısına rəsmi dəvət alıb
/Aran Agentliyi

DEVAMM – Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu ATƏT ODİHR bürosunun insan ölçüsü üzrə toplantısına rəsmi dəvət alıb. Tədbir Polşanın paytaxtı Varşava şəhərində 24 sentyabr – 5 oktyabr tarixində keçiriləcəkdir.

Tədbir ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar üzrə Bürosu (ODİHR) tərəfindən təşkil edilir. Hazırkı tədbir, ATƏT ODİHR tərəfindən insan ölçüsü üzrə keçirilən ən möhtəşəm beynəlxalq tədbir hesab edilir. Bu toplantı illik formatda keçirilir. Tədbirin əsas məqsədi – ATƏT-in üzv dövlətləri tərəfindən insan haqları və azadlıqları sahəsində öhdəliklərin yerinə yetirilməsinin vəziyyətini təhlil etmək, əməkdaşlıq edən təsisatların, QHT-lərin, vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə göstərilən sahədə durumu müzakirə etmək, qabaqcıl təcrübəni öyrənmək, problemlərdən çıxış yolları barədə rəy mübadiləsi aparmaq, insan haqları və azadlıqlarının qorunması sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün ümumi tövsiyələr hazırlamaqdır.  

Deyerler.org

  • Yazılıb
  • da (də) 2012 Sep 10