Azərbaycan Respublikası İranın şimal-qərbində yerləşən Xudafərin ticarət zonasında yenidən fəaliyyətə başlamaq üçün hazır olduğunu elan edib
/Aran Agentliyi
Azərbaycan Respublikası İranın şimal-qərbində yerləşən Xudafərin ticarət zonasında yenidən fəaliyyətə başlamaq üçün hazır olduğunu elan edib.
İRNA-nın verdiyi məlumata görə Azərbaycan Respublikasının İrandakı səfiri Cavanşir Axundov Şərqi Azərbaycan vilayətinin meri Əhməd Əlirzabəyi ilə görüşdə deyib: Azərbaycan Respublikası Xudafərin ticarət zonasında yenidən fəaliyyətə başlama üçün bütün səylərini göstərəcək.
Axundov ümidvarlıqla bildirib ki, Azərbaycan Respublikasının İranla Xudafərin ticarət zonasında əməkdaşlığı bu zonanın genişlənməsinə gətirib çıxara bilər.
Şərqi Azərbaycan vilayətinin meri Əhməd Əlirzabəyi də bu görüşdə deyib: Bu məntəqədəki otensialları nəzərə alaraq birgə əməkdaşlıq hər iki tərəfin xeyrinə olacaq.