Tarix : 2012 Sep 10
Kod 32624

“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı elan olundu

Onlar həbsdə olan vicdan məhbusları və qanunsuz həbs olunan insanların hər biri ilə bağlı geniş məlumat bankı yaradacaqlar
/Aran Agentliyi

Onlar həbsdə olan vicdan məhbusları və qanunsuz həbs olunan insanların hər biri ilə bağlı geniş məlumat bankı yaradacaqlar

HaqqYolu - Keçmiş vicdan məhbuslarının yaratdığı yeni təşkilatın adı bilinib. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev sentyabrın 10-da deyib ki, qurumu “Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı adlandırmağa qərar verilib.

Təşkilat həbs təhlükəsi olan fəalların müdafiəsi, həbs olunanların hüquqlarının təmin edilməsi, məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması və azad edildikdən sonra sosial reabilitasiyası ilə məşğul olacaq, vəkillik institutunu dəstəkləyəcək.

Oqtay Gülalıyev bildirib ki, 10 sentyabr toplantısında yaxın günlər üçün iş planı təsdiq edilib: “Həbsdə olan vicdan məhbusları və qanunsuz həbs olunan insanların hər biri ilə bağlı geniş məlumat bankı yaradacağıq. Siyasi məhbusların şəkillərinin yer alacağı banner hazırlamaq planı da var.

Toplantıda Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserə məktub göndərilməsi, yaxın günlərdə məhkəməsi keçiriləcək vicdan məhbusları Taleh Xasməmmədov, Əvəz Zeynallı, İlham Əmiraslanov, İlqar Rzayev və digərlərinin işini diqqətdə saxlamaq barədə də qərar qəbul olundu”.

“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının yaradılması təşəbbüsünü bir neçə ay öncə azadlığa çıxmış vicdan məhbusları Arif Hacılı, Sahib Kərimov, Oqtay Gülalıyev, Tural Abbaslı, Zülfüqar Eyvazlı, Elşən Həsənov, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Məhəmməd Məcidli, Elnur Məcidli, Babək Həsənov və digərləri irəli sürüb.

Sentyabrın 12-də RATİ-nin ofisində təşkilat ictimaiyyətə təqdim olunacaq.

MediaForum

  • Yazılıb
  • da (də) 2012 Sep 10