Tarix : 2012 Sep 10
Kod 32625

İsrailli jurnalistlərdən Azərbaycan himninə hörmətsizlik

Dörd gün əvvəl İsrailin futbol yığmasının Bakıdakı keçirdiyi görüş zamanı baş verən qalmaqal İsrail mediası tərəfindən şişirdilir
/Aran Agentliyi

Dörd gün əvvəl İsrailin futbol yığmasının Bakıdakı keçirdiyi görüş zamanı baş verən qalmaqal İsrail mediası tərəfindən şişirdilir.

İslamazeri.az internet qəzetinin verdiyi xəbərə görə, İsrailin rus dilli portalı olan "İzrus" Azərbaycan mediasını Tofiq Bəhrəmov adına olan stadionda baş vermiş qalmaqalı işıqlandırmadığına görə hədəfə alıb.

Sayt Azərbaycan azarkeşlərinin İsrail himninin səsləndirilməsi zamanı fit çalınmasına cavab olaraq İsrailin "dövlət kanalı"nın idman şərhçisi Yoram Arbel və İsrail yığımasının sabiq baş məşqçisi Şlomo Şarfın Azərbaycan himninə qarşı hörmətsizlik etməsindən yazıb.

Belə ki, hər iki İsrailli milli himnimiz səsləndirilən zaman hörmətsizlik əlaməti olaraq ayağa qalxmaqdan imtina ediblər.

Qeyd edək ki, azərbaycanlı azarkeşlər rəsmi sayılmadığına görə bu addımı rəsmi adlandırmaq olmaz, lakin qarşı tərəfin hörmətsizliyini isə tam olaraq rəsmi addım kimi qiymətləndirməmək mümkün deyil.

islamazeri.az

 

  • Yazılıb
  • da (də) 2012 Sep 10