Akif Heydərli: ''Vaşinqton iqtisadi maraqlarının həyata keçməsi üçün Azərbaycanda demokratiyanın olmasında maraqlı deyil''
/Aran Agentliyi
Akif Heydərli: "Vaşinqton iqtisadi maraqlarının həyata keçməsi üçün Azərbaycanda demokratiyanın olmasında maraqlı deyil"
“ABŞ-ın ölkəmizdəki yeni səfiri Riçard Morninqstarın YAP və ona yaxın partiyaların rəhbərlərini, eləcə də müxalifət liderlərini bir araya gətirmək niyyəti Ağ Evin Azərbaycan siyasətininin göstəricisidir”. Bu fikri İslaminsesi.az-a açıqlama verən Azərbaycan İslam Partiyası (AİP) sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli bildirib. ABŞ səfiri Xəzər dənizinin karbohidrogen yataqlarının istismarının və daşınmasının onun ölkəsi ücün prioritet olduğunu deməsini Ağ Evin Azərbaycandan istədiklərinin göstəricisi kimi dəyərləndirmək lazımdır.
“Səfirlərin tez-tez işlədilən demokratik təsisatlar, demokratik seçki mühiti, mətbuat və söz azadlığı, insan haqlarının qorunması, yoxsulluğa qarşı mübarizə, qanunun aliliyinin təmin olunması və sair ifadələri artıq ictimaiyyət tərəfindən səmimi qəbul edilmir. Buna görə də Ağ Ev ABŞ səfirinin dili ilə Azərbaycandakı marağının enerji ehtiyatlarından ibarət olduğunu aciq-aşkar bildirib. Vaşinqton iqtisadi maraqlarının həyata keçməsi üçün Azərbaycanda şəffaflıq və demokratiyanın olmasında maraqlı deyil. Səfirin sözlərində Azərbaycanda mövcud vəziyyətlə barışdığını görünür”-, deyə Heydərli yekunlaşdırıb.
İslaminsesi.az