Açılış Təbrizin imam cüməsi, ostandar və onun müavini, Təbrizin parlamentdəki nümayəndələri, Şəhər Şurasının üzvləri, şəhər müdriyyəti...
/Aran Agentliyi
Açılış Təbrizin imam cüməsi, ostandar və onun müavini, Təbrizin parlamentdəki nümayəndələri, Şəhər Şurasının üzvləri, şəhər müdriyyəti, səhmiyyəçilər, tanınmış şəxsiyyətlər və Azərbaycan Respublikasının konsulunun iştirakı ilə oldu.
Təbriz Beynəlxalq Xəstəxanasının rəisi doktor Şəhram Dəbiri ölkənin şimal-qərbində xərçəngi erkən aşkarlaya bilən və bu xəstəliyin müalicəsi ilə məşğul olan ən böyük tibb mərkəzinin açılışından xəbər verib.
Təbriz Beynəlxalq Xəstəxanasının rəisi doktor Şəhram Dəbiri Üskuyi xəstəxananın birinci korpusunun açılışında “Anac” müxbirinə müsahibəsində deyib: “Hal-hazırda xəstəxananın təkcə onkoloji şöbəsinin açılışı olub və bu ölkənin şimal-qərbində ən böyük diaqnoz və müalicə mərkəzidir. Burada işə salınmış xətt sürətləndirici aparat üçölçülü müalicəni yerinə yetirə bilər və bu da ən inkişaf etmiş müalicə üsuludur. Həmçinin, tiroid xərçəngi olanlar yod müalicəsi ala bilərlər və bu da yenə ölkənin şimal-qərb bölgələrində ilk dəfə olacaqdır”.
Şəhər Şurasının üzvü müsahibəsinin ardında deyib: “Kemoterapi və braktrapi dərman üslulları da bu mərkəzdə nəzərdə tutulmuşdur və xəstəxananın digər korpusları ilə yanaşı işə salınacaq və ən yüksək səviyyədə tibbi xidmət göstəriləcək”.
Beynəlxalq xəstəxananın rəisi və investoru daha sonra deyib: “Yaranmış imkanlara əsasən bu korpusun xərçəngi erkən aşkarlaya və onu ən inkişaf etmiş üsullarla müalicə edə bilmə qabiliyyəti vardır. Belə ki, bu müalicə üsullarından ABŞ və Avropa ölkələrində istifadə olunur”. Dəbiri xəstəxanada fəaliyyət göstərəcək həkimlərin yüksək peşəkarlıq qabiliyyəti olduqlarını bildirib və xəstələrin müalicə üçün nigəran olmamalarını da tövsiyə edib.
Şəhram Dəbiri xəstəxananın əsas hissəsi olacaq ikinci korpusun açılışına da işarə edərək deyib: “Allahın köməyi ilə ongünlük fəcr ərəfəsində xəstəxananın bütün korpuslarının açılışı olacaqdır və bütün bölmələrdə xəstələrə ən müasir sistemlərlə peşəkar və subspecialty tibbi xidmətlər göstəriləcək”. O həmçinin, ən müasir xidmətlər göstərə bilən və ölkənin ən böyük özəl xəstəxanasına həkim qəbuluna düşməyin internet vasitəsilə olmasının və bununla da vaxtın hədər getməsinin qarşısının alınmasının və xəstələrin məlumatlarının kompüterdə saxlanacağından da danışıb.
Təbriz Beynəlxalq Xəstəxanasının rəisi doktor Şəhram Dəbiri xəstəxanada qonşu ölkələrin vətəndaşlarının da ən yüksək səviyyədə müalicə ala biləcəklərini deyib.
Şəhram Dəbiri müsahibəsində xəstəxananın açılışında Təbrizin imam cüməsi, ostandar və onun müavini, Təbrizin parlamentdəki nümayəndələri, Şəhər Şurasının üzvləri, şəhər müdriyyəti, səhmiyyəçilər, tanınmış şəxsiyyətlər və Azərbaycan Respublikasının konsulunun iştirakı etdiyini də vurğulayıb.