''Əgər Suriya xalqı seçkilərdə başqa bir namizədi seçsə iqtidardan getməyə hazır olduğunu'' bildirdi
/Aran Agentliyi
HaqqYolu - Suriya Dövlət Başçısı Bəşər Əsədin, Rusiya həmsöhbətləri ilə danışığında "Əgər Suriya xalqı seçkilərdə başqa bir namizədi seçsə iqtidardan getməyə hazır olduğunu" bildirdi.
İslaminsesi.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə əsasən, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov, Suriyalı üsyançılarla Paris görüşdən sonra “Frans Le Figaro” qəzetinə verdiyi müsahibədə, Suriya rejiminin hələ güclü olduğunu, devriləcəyindən və yerinə gələcək rəhbərlikdən narahat olan böyük bir əhali tərəfindən dəstəkləndiyini vurğulayıb.
Bogdanov, "Əsəd bizə bunu özü söyləyib. Nə qədər səmimi olduğunu bilmirəm. Amma bizə açıqca söylədiyi bunlardır: “Əgər xalq onu istəməzsə, əgər seçkilərdə başqasını seçərlərsə, Əsəd gedəcək".
Rusiya Dövlət Başçısı Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov ilə dünən bir araya gələn Klinton, Rusiyanın Suriyaya müdaxiləsinin qəbul edilməz olduğu fikirinin dəyişmədiyini bildirib.(islaminsesi)