Bu ilin may ayının 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olan Elşad İsgəndərovun öz vəzifəsinin icrasına başlamasından 100 gündən artıq vaxt ötür
/Aran Agentliyi
Bu ilin may ayının 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olan Elşad İsgəndərovun öz vəzifəsinin icrasına başlamasından 100 gündən artıq vaxt ötür. Nardaran ağsaqqalı Məşədi Natiq Kərimov Elşad İsgəndərovun ötən 100 gün ərzindəki fəaliyyətini Deyerler.Org-a açıqlamasında dəyərləndirib.
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədri Elşad İskəndərovun öz vəzifəsinin icrasına başlamasından 100 gün keçib. Elşad İsgəndərovun ötən 100 günlük fəaliyyətini necə dəyərləndirirsiz?
- Bismilləhir rahmanir rahim. Elşad İsgəndərov bu işə təyin olunanda biz buna qəlbən sevindik. O baxımdan ki, dini məsələləri bilən bir şəxs bu vəzifəyə təyin olundu. Yəqinki bu cavan kadr təzə nəfəs gətirəcək. 100 gün elə bir böyük vaxt deyil ki, yığılıb qalmış problemlərin hamısı həll edilsin. Ümidvaram ki, Elşad müəllim bu işlərin öhdəsindən gələcək və o, dövlətlə inanclı kəsim arasındakı bu uçurumu aradan qaldıracaq. Dindarlara qarşı ayrı-ayrı məmurlar tərəfindən olan təzyiqlər, ayrı-ayrı qadağalar aradan qalxacaq. İnşallah, Elşad müəllim inanclı kəsimlə birlikdə bu problemlərin öhdəsindən gələr.
- Sizcə bütün inanclı mühüti narahat edən məktəblərdə hicab problemində yaxın müddətdə irəliləyiş olacaqmı?
- Mən bu problemin aradan qalxacağına dair bir işartı görmürəm. Hicab probleminin həlli üçün mütləq Təhsil Nazirliyində köklü islahatlar həyata keçirilməlidir. Nə qədər ki, Sovet təfəkkürlü insanlar Nazirlikdə var, bu problemin köklü həllinin baş tutacağına inanmıram.
Məşədi Natiq Kərimov qeyd etdi ki, istərdim Elşad müəllim Nardaran kəndinə də təşrif buyursun. Həm Rəhimə xanımı ziyarət edər, həm də buranın ağsaqqalları və inanclı insanlarla görüşər. Bu görüş çox məsələlərin həllinə yardımçı olar.
Deyerler.Org